Türkiyədən 3 AZN-ə alınan dərman, Bakıda 40 manata bazarlanır
Yusif Nəzərli
10:29 26.01.2023
Cəmiyyət
356
“Bazardakı inhisarçılıq faktiki olaraq qiymətlərin bu qədər kəskin fərqlənməsinə gətirib çıxarır”
Sabiq təhsil nazirinin müavini, professor Ədalət Tahirzadə dərmanların qiymətinə etiraz edib. O öz Feysbuk səhifəsində yazıb: “Türkiyədən 3 manat 20 qəpiyə aldığı dərmanı Bakıda “Istanbul“ aptekində 39 manat 40 qəpiyə aldım”.
Qeyd edək ki, son zamanlar ölkəmizdə dərmanların qiymətindəki bahalaşma və qıtlıq ciddi narahatlıq doğurur.
Məsələ ilə bağlı “Sherg.az” a danışan İqtisadçı-ekspert Rəşad Həsənov da bildirib ki, heç bir şərtlər daxilində eyni adlı dərmanın Türkiyədə 3 manat Azərbaycanda 30 manatdan çox olması məsələsini iqtisadi əsaslarla izah etmək mümkün deyil:
“Nəqliyyat xərcləri və Azərbaycanda tətbiq olunan vergi sistemi ilə əlaqəlidir. İndiki şərtlər daxilində yeganə tutarlı əsaslandırma, dərman təchizatı bazarında çox təməküzləşmiş iqtisadi mövqeyə malik şirkətlərin iştırakçılığı məsələsidir. Bu bazarda təklifin limitləndirilməsinə, kartel sözləşmələrinə, qiymətlərin diktə edilməsinə, optimallaşma istiqamətində imkanları formalaşdıran fəaliyyət mühitinin pozulmasına gətirib çıxarır.
Bazardakı inhisarçılıq faktiki olaraq qiymətlərin bu qədər kəskin fərqlənməsinə gətirib çıxarır. Azərbaycan özü dərman istehsal etmir. İstehsal etməyən bir ölkə olaraq daxili tələbatın 99,6 faizini idxal hesabına ödəyir. Bu da özü-özlüyündə müəyyən mənada Azərbaycanda istehlakçılara dərmanların çatırılmasında əlavə xərclərin yaranmasına yol açır. Transport xərcləri kifayət qədər əhəmiyyətli xərc yükü formalaşdırır.
Əgər bazarda 99,6 faizlik asılılıq varsa, belə olduğu halda vergi güzəştləri tətbiq olunmalıdır. Azərbaycana idxal olunan dərman vasitələri nəqliyyat və digər xərclər də məhsulun maya dəyərinə əlavə edilərək 18 faizlik Əlavə Dəyər Vergisinə cəlb olunub . Bu,doğru yanaşma deyil. Topdansatış müəssisələrinə 20 faizlik mənfəət norması imkanın yaradılması qiymətlərin artmasına səbəb olan amillərdən biridir”.
Ekspert onuda qeyd edib ki, bütün bunlar son nəticədə Azərbaycanda əhalinin dərman məhsullarına çıxış imkanlarını zəiflədir və dərman qiymətlərinin baha olmasına səbəb olur.
Şərqiyyə Nəbi
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Millətlər Liqası: Fransa Türkiyəni məğlub edib
02:57 26.09.2026
Futbol
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı
01:59 26.09.2026
Şou
Azərbaycan və Seneqal arasında memorandum imzalanıb
01:20 26.09.2026
Siyasət
İran ABŞ-yə Hörmüz boğazı ilə bağlı yeddi günlük plan təqdim edib
00:58 26.09.2026
Gündəm
Hakan Fidan ABŞ-da Abbas Əraqçi ilə görüşüb
00:40 26.09.2026
Region
Dünya ulduzunun Rusiyadakı konsertləri ləğv edildi
23:13 25.09.2026
Şou
Bu ölkədə benzin rekord qiymətə qalxdı
22:41 25.09.2026
Dünya
Putin: Rusiya Avropa ilə hərbi əməliyyatlara hazırlaşmır
21:49 25.09.2026
Aktual
Ərdoğan BMT-də Netanyahuya ad çəkmədən mesaj verdi
21:33 25.09.2026
Gündəm
Ermənistan-Rusiya münasibətləri daha da pisləşə bilər - Politoloq
21:30 25.09.2026
Siyasət
Putin Si Cinpin və Trampın danışıqları barədə: “Qısqanmıram”
21:09 25.09.2026
Dünya
Çətir və gödəkçələri hazırlayın: 7-8 gün yağış yağacaq
20:42 25.09.2026
Ekologiya
Rusiya ordusu Kiyevə zərbə endirdi: ölənlər var
20:37 25.09.2026
Gündəm
Azərbaycanın U-21 millisi Çexiya millisi ilə heç-heçə etdi
20:29 25.09.2026
Futbol