Uçurum...- İntihara qarşı savaş açılmalıdır
Yusif Nəzərli
20:24 10.05.2022
Cəmiyyət
543
Stress, gərginlik, bədbinlik, pessimizm hamılıqla ömrümüzü yeyir
Həm dövlət, həm də cəmiyyət bu prosesə cəlb olunmalıdır
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova məktəblilər arasında intihar halları qeydə alınmasına münasibət bildirib. Komitə rəhbəri jurnalistlərə açıqlamasında deyib ki, belə hallar gündəlik sosial və ənənəvi mediada davamlı müzakirə olunacaq məsələ deyil. Onun sözlərinə görə, belə məsələlər adətən peşəkarlıq tələb edir:
“Əlbəttə, bu cür hadisələr bizim hər birimizi üzərək narahat edir. Ailələrimizdə olan durum, uşaq və yeniyətmələrin vəziyyəti və rastlaşdıqları problemlər bizim diqqətimiz altındadır. Bizim də borcumuz ondan ibarətdir ki, bütün aidiyyəti dövlət qurumları, cəmiyyət və media, o cümlədən, ailələr bu məsələni diqqətdə saxlamalıdır. Yeniyetməlik dövrünü hamımız yaşamışıq və bu dövr çox ehtiyatlı davranmağı tələb edir. Ona görə də bu məsələlərə həssaslıqla yanaşmaq lazımdır”. B.Muradova bəyan edib ki, müvafiq qurumlar hər zaman əlaqəli şəkildə işləyir: “Nəzərə almaq lazımdır ki, bu, insanın fərdi-psixoloji durumuna bağlı olan məsələdir. Bəzi hallarda düşüncələr bir yana, nəticələr isə başqa ola bilir”.
Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri, “yenisabah.az” saytının baş redaktoru Seymur Verdizadə “Şərq”ə bildirib ki, cəmiyyətdə, xüsusilə yeniyetmələr arasında intihar hallarının artması ciddi narahatlıq doğurur. Baş redaktorun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsinin uzanması və bunun fonunda ölümü, şiddəti, zorakılığı əks etdirən şəkillərin sosial şəbəkələrdə tirajlanması vəziyyətin ürəkaçan olmadığını göstərir:
“Analoji tendensiya müasir dünya üçün də xarakterikdir. Xarici xəbərlərin çoxu müharibə və ölüm hallarının artması ilə bağlıdır. Stress, gərginlik, bədbinlik, pessimizm hamılıqla ömrümüzü yeyir. İntihar hallarının artması cəmiyyətlə yanaşı, müvafiq dövlət qurumlarını da narahat etməlidir. Dövlətin müvafiq strukturları bu cür halların artmasının səbəblərini araşdırmalı, mütəxəssisləri bu prosesə cəlb etməlidir. Vəziyyətdən çıxış yolu tapılmalıdır. Yeniyetmələr fərqli səbəblərdən intihar etsələr də, böyüklər daha çox sosial problemlərə, sıxıntılara, çətinliyə dözmədikləri üçün özlərinə qəsd edirlər”.
S.Verdizadə vurğulayıb ki, insanları intihara vadar edən problemlər müəyyənləşdirilməli, onların aradan qaldırılması təmin olunmalıdır:
“Həm dövlət, həm də cəmiyyət bu prosesə cəlb olunmalıdır. Çalışdığım redaksiya intihar xəbərlərini süzgəcdən keçirəndən sonra tirajlayır. İntiharı əks etdirən klassik fotolardan birmənalı şəkildə imtina etmişik. Hesab edirəm ki, intiharla bağlı xəbər, məqalə başqalarını da bu işə sövq etməməli, əksinə, çəkindirməlidir. İntiharı təbliğ etmək olmaz. Amma mən, ümumiyyətlə, bu mövzuya qadağa qoyulmasının da əleyhinəyəm. İndi susmaq deyil, danışmaq, vəziyyətdən çıxış yolu tapmaq vaxtıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol
Rusiya 8–9 may tarixlərində atəşkəs elan edib
21:34 04.05.2026
Dünya