UNEC-də Zəfər günü qeyd olundu
05:14 02.11.2022
Cəmiyyət
514
8 Noyabr Zəfər günü münasibətilə UNEC Ümumi fənlərin tədrisinin təşkili departamentinin
Tələbə Elmi Klubu tərəfindən 27 oktyabr tarixində “Qarabağ Azərbaycandır” adlı ədəbi-bədii
tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Departamentin direktoru dosent Gülnarə Rzayeva iştirakçılar ilə
birlikdə qələbəmizdə əvəzsiz rolu olan şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edərək
hər kəsi Zəfər günü münasibətilə təbrik etdi, Ali Baş Komandanımıza, ordumuza, qazilərimizə
və xalqımıza can sağlığı arzuladı.
UNEC-in Biznes və Menecment fakültəsinin məzunu olmuş şəhidimizin – Rüfət Əsgərovun
anası Aynurə xanım da tədbirdə iştirak edirdi. O, çıxış edərək şəhidlərimizi və onların ailələrini
daim yad etdikləri üçün UNEC ailəsinə təşəkkürünü bildirdi.
Tədbirdə UNEC-in məzunu Yusif Cəfərbəylinin ifasında muğam və "Xudayar təsnifi"
səsləndi, həmçinin UNEC tələbələrinin hazırladığı müharibədən tamaşa səhnələri, şeirlər, ifalar
nümayiş etdirildi.
Tədbirin sonunda iştirak edən şəhid Rüfət Əsgərovun kiçik bacısı, UNEC-in gələcək tələbəsi
Zəhra Əsgərova, Biznes və menecment fakültəsinin tələbələri Ellada Abdullayeva, Nuray
Hacıyeva, Nurlan Vəliyev, Ziyad Ağayev, İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri Səid
Məmmədov, Məmməd Rəcəbli, Maliyyə və mühasibat fakültəsinin tələbələri, Fidan Şəfiyeva,
İlkin Tağıyev, Rəvan Məmmədov, Nicat Məmmədov, Beynəlxalq İqtisadiyyat Məktəbinin
tələbələri Arzu Rzayeva, Rişad Sarıyev və SABAH qrupunun tələbəsi Nəzirə Adıgözəlova
sertifikatlarla təltif olundular.
Tədbirin təşkilatçılığına görə ÜFTT departamentinin direktoru dosent Gülnarə Rzayeva,
TEK-un rəhbəri t.ü.f.d. b/m. Cəmilə Həsənova, HK-in sədri Gülnar Dadaşzadə, dos. Mətanət
Əmrahova, dos. Hümeyra Mustafayeva, dos. Gülbəniz İsmayılzadə, Suad Babayeva, Zəhra
Mürsəlova, Nuranə İsgəndərova, Fəqanə Əhmədova, Kəmalə Seyfiyevaya təşəkkür edirik.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm