
Valideyn basqısı: Ali məktəbə daxil olmamaq həyatın sonu demək deyil -Psixoloq
12:44 02.09.2024
Cəmiyyət
437
Bakıda ata qəbul imtahanlarında az bal toplayan oğlu barəsində polisə şikayət edib. "Qaynarinfo"nun məlumatına görə, hadisə Binəqədi rayonunun Biləcəri qəsəbəsində baş verib. Lakin oğlundan şikayət edən atanın özü barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib olunub, iş baxılması üçün məhkəməyə göndərilib. Məhkəmədə məlum olub ki, 1980-ci ildə Füzuli rayonunda doğulan V.B. şikayəti içkili halda edib. Belə ki, V.B.-nın oğlu bu il ali məktəbə imtahan verib, lakin keçid balı toplaya bilməyib. Bir neçə il hazırlıq üçün müəllimlərə pul ödəməsinə baxmayaraq, oğlunun imtahanda, ümumiyyətlə, bal toplamaması atanı möhkəm əsəbiləşdirib və buna görə bir neçə dəfə övladını danlayıb. Hadisənin səhəri gün içkili halda evə gələn ata oğlunun mobil telefonla oynadığını görüb və yenidən ona əsəbiləşib. Bu zaman aralarında mübahisə yaranıb. V.B. buna əsəbiləşərək "102" xidmətinə zəng edərək oğlu barəsində tədbir görülməsini tələb edib. Hadisə yerinə polis gəldikdən sonra V.B. səhv etdiyini başa düşüb və səs-küy salmağa başlayıb. Məhkəmədə buna görə özünü təqsirli bilib. Məhkəmənin qərarı ilə o, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib və 200 manat cərimə edilib.
Hadisəyə münasibət bildirən psixoloq Fərqanə Mehmanqızı “Sherg.az”a deyib ki, bir atanın qəbul imtahanlarında az bal topladığı üçün oğlunu polisə verməsi qətiyyən doğru deyil:

''Psixoloq olaraq hər il imtahan cavabları açıqlandıqdan sonra valideynlərə övladları ilə necə davranmalı olduqlarını izah edirik. Ancaq yenə də eyni hallar baş verir. Təbii ki, valideynlər həmin an aqressiyalarının qarşısını ala bilmirlər. Lakin onları təmkinli olmağa səsləyirik. Ümumiyyətlə valideynlər bu mərhələdə uşaqlarının yanında olduğunu hiss etdirməlidirlər. Uşaqla maraqlanmaq, söhbət etmək, fikrini öyrənmək, ona hər şeyə rəğmən tək olmadığını, sevildiyini göstərmək lazımdır. Uşağa imtahandan keçməməyini faciə kimi təqdim etmək qəti şəkildə olmaz. Hər bir valideynin övladından bir gözləntisi olur. Ona görə də uşağın qabiliyyətinə uyğun yola çıxmaq lazımdır. Qeyd edim ki, imtahan öncəsi birinci növbədə düzgün psixoloji hazırlıq vacibdir. Bu il olmasa da, gələn il universitetə daxil olmağın mümkün olduğunu bildirsinlər. Unutmamalıyıq ki, ali məktəbə daxil olmamaq həyatın sonu demək deyil''.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Prezident: Hazırda Ermənistanla ticari münasibətlərimizi artırırıq
18:37 04.02.2026
Dünya
Son 4 ayda 4 rekord: Mask dünyada ilkə imza atdı
18:24 04.02.2026
Dünya
Türkiyə üçün Pəhləvinin önə çıxarılması risklidir - RƏY
18:19 04.02.2026
Gündəm
Mehriban Ələkbərzadəyə vəzifə verildi
17:42 04.02.2026
Media
“Sərhəddə gərginlik yox, sülh üstünlükdədir” - ŞƏRH
17:39 04.02.2026
Gündəm
Tramp İranla danışıqları dayandıra bilər
17:23 04.02.2026
Gündəm
Rusiyadakı soydaşlarımız böyük risk altındadır - Fuad Abbasov
17:08 04.02.2026
Gündəm
İranda xaşxaş əkininə icazə verildi
17:01 04.02.2026
Region
Qahirədə Ərdoğan və Sisi arasında təkbətək görüş keçirildi
16:54 04.02.2026
Dünya
Zaxarovadan Türkiyəyə çağırış: Onlara mane olun!
16:53 04.02.2026
Gündəm
İsrailin elmi nailiyyətləri Azərbaycana yol açır - Ekspert
16:48 04.02.2026
Texnologiya
Sosial problemlər uşaqları müdafiəsiz qoyur - Mehriban Zeynalova
16:36 04.02.2026
Cəmiyyət