Bildirilib ki, uşağı atası Şahin Mustafayev ağac parçası ilə döyüb. Nəticədə o, xəsarət alıb. Qeyd edək ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır və məsələyə aparılan araşdırmalardan sonra hüquqi qiymət veriləcək.
Yaralar dərindir...
02:39 29.07.2021
Cəmiyyət
596
Canından, qanından olan uşağa zorakılıq tətbiq etmək nə deməkdir?
Demək ki, bu valideynlərin artıq psixoloji vəziyyətinin yerində olmadığının göstəricisidir
Tovuzda atanın 12 yaşlı oğlunu zəncirlə ağaca bağlayaraq döyməsi faktı ilə bağlı araşdırmalara başlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Bildirilib ki, uşağı atası Şahin Mustafayev ağac parçası ilə döyüb. Nəticədə o, xəsarət alıb. Qeyd edək ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır və məsələyə aparılan araşdırmalardan sonra hüquqi qiymət veriləcək.
Mövcud məsələ və durumla bağlı sosioloq Lalə Mehralı "Şərq"ə öz fikirlərini bölüşüb. O bildirib ki, insanlar övladlarını tərbiyə edərkən yeganə yol kimi zorakılığı tətbiq etməyi daha çox seçirlər:
"Çox təəssüf edirəm ki, tərbiyə metodları arasında ən çox valideynlərin üz tutduğu metod zorakılıqdır. Nə qədər dilimizə almağa çəkinsək də, utansaq da, bilirik ki, bu kimi hallar ölkəmizdə çox yaşanır. Mətbuata çıxanlardan xəbərimiz olur, amma mətbuatdan kənarda qalanları təbii ki, bilmirik. Buna görə də bu cür halların sayının çox olduğundan narahatlıq keçiririk. İnsanlar danışa-danışa, yaxud da ki, nəyisə izah edə-edə münasibət qurmağın bəzən əleyhinə olurlar. Hər kəs öz doğrusunu diktə etməyə və hər kəs öz gözü ilə öz prizmasından yanaşmağa çalışır".
L.Mehralı əlavə edib ki, uşaqlara ümumiyyətlə, zorakılığın tətbiq edilməsi cinayətdir:
"Lakin valideynin də bu zorakılığı tətbiq etməsi ikinci bir problem qaynağıdır. Yəni öz doğma canından, qanından olan bir uşağa belə zorakılıq tətbiq etmək və bunu elə belə də olmalıymış kimi qəbul etmək valideynlərin artıq psixoloji vəziyyətinin yerində olmadığının göstəricisidir. Bir uşağı döymək, əl qaldırmaq və ona zorakılıq tətbiq eləmək artıq humanizmin, insanlığın bütün mənəvi dəyərlərin öldüyünün göstəricisidir və sübutudur. Düzdür, bu cür hadisələr aşkarlananda həmin şəxslər cinayət məsuliyyətinə cəlb olunurlar. Həmçinin, onlar "valideynidir bu gün, sabah sevər" misalından sərbəst buraxıla da bilərlər. Məncə, bu istiqamətdə cəzaların sərtləşdirilməsinə ehtiyac var. Həmçinin, ailələrlə işləmə mexanizmləri nəzərdən keçirilməlidir. Çox təəssüflər olsun ki, bu günləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin həmin bölgəyə işçisini ezam etməklə, ailəyə baş çəkməklə vəziyyətin nəzarət altına alındığını bəyan eləyir. Artıq problemin qalmadığını bəyan edir. Amma müşahidələr göstərir ki, bu cür hallar sonra da davam edir. Hesab edirəm ki, bu kimi mexanizmlərdə də artıq bir dəyişikliyə ehtiyac var. İlk olaraq, ailələrlə iş görmə mexanizmini nəzərdən keçirmək lazımdır. Biz görürük ki, indiyə qədər tətbiq edilən metodlar müsbət nəticə vermir. Niyə israr edirlər eyni metodu tətbiq eləməkdə? Yeni metodlar işlənməli, yeni nəzarət mexanizmləri həyata keçirilməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nikol Paşinyan Türkiyəyə səfər edəcək
13:03 05.11.2026
Siyasət
Nyu-Yorkda 30 ildən sonra qızılcadan ilk ölüm qeydə alındı
12:47 05.11.2026
Hadisə
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür
08:08 05.11.2026
Maraqlı
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
07:37 05.11.2026
Sosial