Yeni qərar məntiqlidir- “İnsanlar özlərini nisbətən sərbəst hiss edəcəklər”
Banuçiçək Kalbalıyeva
09:44 19.06.2020
Cəmiyyət
823
Dünən Nazirlər kabineti yanında Operativ Qərargahın və TƏBİB-in növbəti birgə brifinqi keçirilib. Bildirilib ki, karantin rejimi avqustun 1-nə kimi uzadılır. Xüsusi karantin rejimi isə iyunun 21-dən etibarən yenidən qüvvəyə minəcək və iki həftə, yəni iyulun 5-dək davam edəcək.
Qərarla bağlı “Sherg.az”a danışan tanınmış psixoloq Azad İsazadənin fikrincə, bu, daha məqsədəuyğundur:
“Kütlə psixologiyasına istinad etsək, deməliyəm ki, bu məntiqli qərardır, nəinki iki günlük qadağa. Təsəvvür edin, iki gün sərt karantin rejimi elan olunur. Nəticədə həftə başlayan kimi hər kəs şəhərə doluşur, marketlər isə xüsusilə cümə günləri insanlarla dolu olur.
Özü də çoxları nə maska taxır, nə də sosial məsafəni qoruyur. Məktəblilər tənəffüs zəngi vurulan an sürətlə sinifdən çıxırlar. Bax, bu da onu xatırladır. Ancaq indiki qərar məntiqlidir. Xüsusi karantin rejimi iki həftə davam etsə belə, faktiki olaraq insanlar indi ev dustağı deyillər. İstəyən sms-lə çölə çıxa, hətta, bəlkə, dostugilə də gedə bilər. Yəni insanlar özlərini nisbətən sərbəst hiss edəcəklər”.
A.İsazadənin fikrincə, verilən qərarlar yoluxma sürətini azaltmaq üçündür:
“Onsuz da heç kim bu virusdan yan keçə bilməyəcək. Bu gün yoluxmayan sabah mütləq yoluxacaq. Məsələ ondan ibarətdir ki, hazırda xəstəxanalarda yer yoxdur. Ona görə də yoluxma sürətini mümkün qədər azaltmaq lazımdır. Biz nə marketdə növbə gözləyə bilirik, nə də xəstəxanada. İnsanlar yoluxmaqdan ötrü, elə bil, əllərindən gələn hər şeyi edirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya
Tramp: İranın göndərdiyi sənədin ilk cümləsini oxuyub, kənara atdım
17:29 15.05.2026
Dünya
Rusiya Ermənistandan son qərarı verməsini tələb etdi
17:05 15.05.2026
Gündəm
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
16:08 15.05.2026
Cəmiyyət
Rixard Raşi Xankəndidə quruculuq işləri ilə tanış olub
14:43 15.05.2026
Gündəm
Açıq Bankçılıq sahibkarlığın inkişafında yeni mərhələdir
14:41 15.05.2026
İqtisadiyyat
Türküstanda TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir
14:41 15.05.2026
Gündəm
Paytaxt sakinlərinin diqqətinə - TƏBİB məlumat yaydı
13:56 15.05.2026
Sağlamlıq
İcra başçısı müavinini işdən çıxardı - FOTO
13:53 15.05.2026
Gündəm
Merz: Trampla mübahisə etmək mənasızdır
13:40 15.05.2026
Dünya
Növbəti köç karvanı Cəbrayılın Şükürbəyli kəndinə çatıb
13:27 15.05.2026
Cəmiyyət
Temperatur düşür: Bakıya yağış yağacaq
12:47 15.05.2026
Ekologiya
Prezident İlham Əliyev Qazaxıstana işgüzar səfərə gəlib
12:37 15.05.2026
Gündəm
Paşinyan rusiyalı oliqarxdan üzr və 6 milyon tələb edir
12:10 15.05.2026
Gündəm