Yeni toy modeli gəlir: “Yeməyə yox, əyləncəyə yer verək”
Banuçiçək Kalbalıyeva
14:04 24.02.2021
Cəmiyyət
858
“Belə olan halda həm də “pul salmaq” adəti tədricən unudulacaq”
“İkinci tərəfdən sıxlıq yaranmayacaq. İnsanlar istədikləri vaxt gələcək, istədikləri vaxt gedəcək”
“Hamının- həm valideynlərin, həm cütlüklərin, həm qonaqların, həm də musiqiçilərin maraqları təmin olunacaq”
Milli Məclisin ötən gün baş tutan iclasında millət vəkili Fazil Mustafa Nazirlər Kabineti yanında Operativ Qərargahı tənqid edib. O, idman zallarının açılması və toyların keçirilməsi ilə bağlı qərarların olmamasından şikayətlənib.
Deputat qeyd edib ki, idman zalları açılmalı, toy mərasimləri isə tənzimləmələrlə keçirilməlidir.“Biz burada məsələ qaldırırıq, heç kim reaksiya vermir, maraqlanmır. Bu nə deməkdir? Niyə maraqlanmırlar ki, xalq necə yaşayır? Bu gün ölkədə ciddi demoqrafik problemlər də mövcuddur”, - deyə F.Mustafa söyləyib.
Doğrudan da, nəzərə almaq lazımdır ki, bu və ya digər səbəbdən gənclərin ailə həyatı qura bilməməsi gələcəkdə ciddi demoqrafik böhrana səbəb ola bilər. Deməli, hansı yollasa həm də gələcəyimizin qayğısına qalmalıyıq.
Sosioloq Əhməd Qəşəmoğlu həmin yolun nə olduğunu “Sherg.az”a izah etdi:
“Həmişə demişəm ki, son 15-20 ildə keçirilən toylar çox böyük sosial bəladır. Nə yaxşı ki, canımız qurtardı. Bəzən bir adama eyni ayda 4-5 dəvətnama göndərilməsi, şadlıq saraylarındakı masalar 50 növ təamın düzülməsi, iştirakçıların bir-birilərinin “borcundan çıxması” və s. gülüncdür.
Bu, eybəcərlikdir. Əvvəllərsə belə deyildi.
Toylar adətən açıq havada, həyət evlərində olmalıdır. Yenə belə olmalıdır. Birincisi, yeməyə yox, əyləncəyə fikir vermək lazımdır. Belə olan halda həm də “pul salmaq” adəti tədricən unudulacaq.
İkinci bir tərəfdən isə məclisdə, az qala, hamının iştirak etməyinə rəğmən, sıxlıq yaranmayacaq. İnsanlar istədikləri vaxt gələcək, istədikləri vaxt gedəcək.
Yəni hamının- həm valideynlərin, həm cütlüklərin, həm qonaqların, həm də musiqiçilərin maraqları təmin olunacaq. Mənim təklif etdiyim model budur. Toyların tamamailə unudulmasının əleyhinəyəm.
Kim istəyər ki, sadəcə nikahla kifayətlənsin? Əlbəttə, özəl gününün yaddaqalan olması hər kəsin arzusudur. Təklif etdiyim modellə işləsək, toyların maraqlı keçirilməsi ilə yanaşı, eyni zamanda virusa yoluxmamağa, özümüzü qorumağa nail olacağıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya