Yetkinlik Yaşına Çatmayanlar üçün Tərbiyə Müəssisəsində təlimlər keçirilib
Yusif Nəzərli
12:23 25.01.2023
Cəmiyyət
512
2023-cü il 23-25 yanvar tarixlərində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Hüquq və İnsan Haqları İnstitutunun birgə təşkilatçılığı ilə Penitensiar Xidmətin Yetkinlik Yaşına Çatmayanlar üçün Tərbiyə Müəssisəsində təlimlər keçirilmişdir. Təlim azadlıqdan məhrum edilmiş yeniyetmələrin bilik və bacarıqlarının artırılması, onların cəmiyyətə adaptasiya olunması və şəxsi keyfiyyətlərinin formalaşması məqsədilə təşkil edilmişdir.
Bu barədə "Sherg.az"a qurumun Mətbuat və beynəlxalq əlaqələr şöbəsindən bildirilib. Məlumata görə təlimin açılışında Ədliyyə Nazirliyinin İnsan Hüquqları və Kommunikasiya İdarəsinin rəisi Aynur Sabitova, İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə və Tərbiyə Müəssisəsinin rəhbər işçiləri iştirak etmişlər. Açılışda 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə əlamətdar olduğu vurğulanaraq, ulu öndərin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən, insan hüquq və azadlıqlarının təmin olunmasına xidmət edən mütərəqqi islahatlardan bəhs olunub.
Təlimin birinci mövzusu məhz “Heydər Əliyev və Azərbaycanda insan hüquqları islahatları”na aid idi; mövzu ilə bağlı geniş çıxış edilib.
Üç gün davam edən tədbirdə yeniyetmələrə “Uşaq hüquqları”, “CV tərtibatı və müsahibəyə hazırlıq”, “Gələcək karyera seçimi”, “Xaricdə təhsil imkanları”, “Əmək bazarı ilə tanışlıq və iş axtarma vasitələri” və s. mövzularda təqdimatlar keçirilib.
Təlimdə İnstitutun əməkdaşlarından Vüsalə Muradxanlı, Araz Abdullasoy, Nərmin Həsənova, İsmayıl Musayev və Əmrah Rəhimli, eyni zamanda müstəqil ekspertlər Tural Əhməd və Köçəri İsmayılov təlimçi kimi iştirak etmişlər.
Təlimin sonunda yeniyetmələrə sertifikatlar təqdim edilmişdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsraildə parlament seçkisinin ilkin nəticələri açıqlandı
02:18 28.10.2026
Gündəm
Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib
01:59 28.10.2026
Son dəqiqə
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
01:41 28.10.2026
Şou
Tramp İrana zərbə endirməyi ən böyük qərarlarından biri adlandırıb
01:20 28.10.2026
Gündəm
Azərbaycanın dostu da parlamentə düşdü
00:58 28.10.2026
Son dəqiqə
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq