Xanım Politoloq: Vardanyan sülh danışıqlarına zərbə vurmaq “missiyası” ilə Qarabağa göndərilmiş cinayətkardır
10:11 07.06.2024
Aktual
627
Ruben Vardanyan Ermənistan siyasətində sərt xətt tərəfdarıdır və ölkəsi ilə Azərbaycan arasında sülh prosesinin əleyhinədir. Həbsdə saxlanılan bu şəxs təkcə terrorizmi maliyyələşdirməkdə və beynəlxalq sərhədləri qanunsuz keçməkdə deyil, həm də mütəmadi şəkildə Azərbaycana qarşı zorakılığın təbliği ilə sülh prosesinə təxribat etməkdə ittiham olunur.
Bu barədə İsrailin ərəb dünyası və İran üzrə tanınmış eksperti, İsrail Müdafiə Qüvvələrinin Kəşfiyyat Korpusunun sabiq polkovnik-leytenantı, bu ölkənin nüfuzlu Bar-İlan Universitetinin şərqşünaslıq elmləri üzrə professoru və Universitetin Yaxın Şərq və İslam Tədqiqatları Mərkəzinin direktoru, Begin-Sadat Strateji Araşdırmalar Mərkəzinin tədqiqatçısı doktor Mordexay Kedar dünyanın ən nüfuzlu nəşrlərindən olan “Yerusəlim Post” qəzetində dərc olunmuş “Rəisinin ölümü Azərbaycan və Ermənistan münasibətlərinə necə təsir edəcək” sərlövhəli məqaləsində yazıb.
Qeyd olunub ki, bu yaxınlarda vertolyot qəzasında həlak olmuş İran Prezidenti Rəisinin ölümü və erməni separatçısı Vardanyanın siyasi arenadan getməsindən sonra İranda siyasi proseslər fərqli istiqamətdə cərəyan edəcəyi təqdirdə Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması ehtimalı istisna olunmur.
Mövzu ilə bağlı “Sherg.az”a danışan xanım politoloq Aytən Qurbanova bildirib ki, Ruben Vardanyan məhz elə Azərbaycan ərazisində separatizmi və terrorizmi maliyyələşdirərək qeyri-sabitlik yaratmaq, həmçinin revanşizmi təbliğ etməklə sülh danışıqlarına zərbə vurmaq “missiyası” ilə Qarabağa göndərilmiş cinayətkardır:
“Bugün o həbsdədir və qanun qarşısında etdiyi bütün cinayətlərə görə cavab verir. Ümumiyyətlə, Vardanyan və onun arxasında dayanan “qüvvələr” nə qədər cəhd etsələr də, o heç vaxt ciddi siyasi fiqur olmayıb. Ona görə də, qeyri-qanuni yollarla Azərbaycan ərazisində peyda olan bu cinayətkarın siyasi “mesajları” yalnız onun cinayət işinə əlavə edilən motivlər olaraq dəyərləndirilə bilər. İbrahim Rəisinin ölümünün isə Azərbaycan-Ermənistan münasibətlərinə hər hansı bir istiqamətdə təsir edəcəyini düşünmürəm. Çünki yeni prezidentin kim olmasından asılı olmayaraq, ali dini liderin iradəsindən kənar İranın siyasi kursunda heç bir dəyişiklik müşahidə edilə bilməz. Belə olan halda, Rəisidən sonrakı dönəmdə İranın strateji maraqlarında və siyasi kursunda əsaslı bir dəyişikliyin olması ehtimalı çox zəifdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu gün bir sıra rayonlarda işıq olmayacaq
02:49 23.09.2026
Cəmiyyət
"Yuventus" cərimələndi - Səbəb
02:12 23.09.2026
Futbol
Paşinyan bu türk ölkəsinə səfər edəcək
01:22 23.09.2026
Cənubi Qafqaz
Azərbaycan və Kolumbiya arasında viza rejimi ləğv edilib
01:01 23.09.2026
Siyasət
Azərbaycan ilə Banqladeş arasında viza rejimi sadələşdirilir
00:18 23.09.2026
Siyasət
Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü
23:57 22.09.2026
Aktual
Ərdoğandan Fələstini tanımayan ölkələrə çağırış...
22:58 22.09.2026
Dünya
Zelenski və Tramp Nyu-Yorkda görüşdü
22:15 22.09.2026
Gündəm
Yalçın Rəfiyev BMT Baş Assambleyasında çıxış etdi
22:02 22.09.2026
Siyasət
Pezeşkianın təyyarəsi Əlcəzairdə eniş etdi
21:36 22.09.2026
Gündəm
Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
21:01 22.09.2026
Dünya
Saatlar 1 saat geri çəkiləcəkmi?
20:51 22.09.2026
Dünya
Quterreş BMT tribunasında vida çıxışı etdi
20:28 22.09.2026
Dünya
Tramp Qrenlandiya və Danimarka ilə təhlükəsizlik sazişi imzalayıb
20:07 22.09.2026
Gündəm