Saç əkdirdi: Həyatı ilə vidalaşdı
10:57 14.06.2024
Hadisə
463
Türkiyənin Kahramanmaraş bölgəsində yaşayan Yasin Dibo saç əkdirmək üçün müraciət etdiyi xəstəxanada vəfat edib.
“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, 45 yaşlı Yasin Dibo saç əkdirmək üçün Qaziantepdəki özəl xəstəxanaya gedib. Yasin Dibonun oğlu “atam bizə fotoqraflar göndərmişdi, yazmışdı ki, bir azdan əməliyyat başlayacaq. Daha sonra orada nə olub, narkozu çox veriblər, yoxsa başqa bir hadisə olub, bilmirik. Xəbər gəldi ki, atanız vəfat edib” söyləyərək xəstəxana rəhbərliyinin bu hadisə ilə bağlı heç bir açıqlama, izahat vermədiyini deyib. Yasin Dibo 2016-cı ildən Türkiyənin Kahramanmaraş bölgəsində məskunlaşıb. Onun Suriya köçkünü olduğu bildirilir. İyunun 12-si saç əkdirmək üçün xəstəxanaya gedib. Səhər saatlarında əməliyyat başlayıb, saat 14.30 radələrində isə onun vəfat etdiyi bildirilib. Xəstəxana rəhbərliyi ölüm faktı ilə bağlı polisə məlumat verib. Yasin Dibonun cənazəsi tibbi ekspertizaya göndərilib. Polis istintaq başladıb, əməliyyatı icra edən həkim, tibbi personal polis tərəfindən saxlanılıb. Y.Dibonun oğlu Məhəmməd Dibo deyib ki, həkim onlara atalarının bir anda keçindiyini, həkimlər nə qədər səy göstərsələr də, onu həyata qaytara bilmədiklərini söyləyiblər: “Atam iyunun 14-ü əməliyyata getməliydi. Amma axşam həkim zəng edib dedi ki, əməliyyatı ayın 12-nə təyin edib. Əməliyyat zamanı nə baş verib, bilmirik. Atamın keçindiyini əvvəlcə bizdən gizlətdilər, sonra söylədilər ki, bir anda dili dönüb, keçinib. Xəstəxana rəhbərliyi bizə sənədləri zorla imzalatmaq istəyirdi. Amma biz imzalamadıq. Xəstəxanadan şikayətçiyik. Bildiyimiz qədər polis həkimi həbs edib. Biz tibbi ekspertizanın rəyini gözləyirik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pezeşkianın təyyarəsi Əlcəzairdə eniş etdi
21:36 22.09.2026
Gündəm
Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
21:01 22.09.2026
Dünya
Saatlar 1 saat geri çəkiləcəkmi?
20:51 22.09.2026
Dünya
Quterreş BMT tribunasında vida çıxışı etdi
20:28 22.09.2026
Dünya
Tramp Qrenlandiya və Danimarka ilə təhlükəsizlik sazişi imzalayıb
20:07 22.09.2026
Gündəm
Tramp İlham Əliyevdən sitat gətirdi
19:37 22.09.2026
Gündəm
Tramp: Seçkilərdən sonra İranla razılaşma əldə edə biləcəyik
19:02 22.09.2026
Gündəm
Fitso AB-ni növbədənkənar sammitə çağırdı
18:37 22.09.2026
Gündəm