
Polkovnik: Paşinyanın II Qaregini devirəcəyi ehtimalı güclüd
Yusif Nəzərli
23:03 12.06.2025
Cənubi Qafqaz
221
Baş nazir artıq bir neçə mərhələdən keçib, artıq xalq onun gücünə bələddir
“Bəziləri Erməni Apostol Kilsəsinin ikiüzlülərin və fariseylərin əsarətindən azad edilməsi prosesində türk və ya azərbaycanlı izi görməyə çalışır”. Bunu Ermənistan Baş naziri Nikol Paşinyan sosial şəbəkədəki səhifəsində yazıb. Ermənistan hökumətinin rəhbəri bu yanaşmanın doğru olmadığını bildirib: “Bəziləri Erməni Apostol Kilsəsinin ikiüzlülərin və fariseylərin əsarətindən azad edilməsi prosesində türk və ya azərbaycanlı izi görməyə çalışır. Bu, öz çirkinliklərini erməni ictimaiyyətindən gizlətmək üçün “Azərbaycan” və ya “Türkiyə” arqumentlərindən istifadə edəndə ikiüzlülüyün ən birbaşa ifadəsidir. Bu üsuldan istifadə edənlər, o cümlədən xarici qüvvələr onlara istənilən sağlam diskursu pozmağa, istənilən islahatı dayandırmağa və Erməni Apostol Kilsəsini indiki kimi çıxılmaz vəziyyətdə saxlamağa imkan verir. Ktriç Nersisyan (bütün ermənilərin katolikosu II Qareginin əsl adı - red.) və onun kimi müqəddəs kilsəmizi ləkələyənlər Ermənistan və Erməni Apostol Kilsəsinin çiçəklənməsini istəməyən istənilən qüvvəyə hədiyyədir. Bəziləri Ktriç Nersisyanı müdafiə edir. Nəyi müdafiə edirsən, kimi müdafiə edirsən? Yalanı, saxtakarlığı, çirkinliyi? Bu yolla özünüzü müdafiə edirsiniz və heç bir şansınız yoxdur. Erməni Apostol Kilsəsi İsa Məsihə və erməni xalqına qaytarılacaq. Ktriç Nersisyan taxtı boşaltmalıdır”. Paşinyan yeni katolikos üçün namizədinin olmadığını da sözlərinə əlavə edib: “Çoxları iddia edir ki, mənim yeni katolikos üçün namizədim var. Təəssüf ki, katolikosluğa namizədim yoxdur. Amma mənim katolikosun necə olduğu barədə təsəvvürüm var: Tanrıya inanan, fırıldaqçı olmayan, İsa Məsihin davamçısı, kilsəyə xidmət edən, “mömin və ruhanilik” pərdəsi altında gizlənməyən biri. Bizim dindar və Tanrıdan qorxan bir katolikosumuz olacaq”.
Hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov deyib ki, 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkisi öncəsi belə bir hərəkətlilik gözlənilirdi. Ekspert vurğulayıb ki, Ermənistanda hələ də revanşist, separatçı qüvvələr var:

"Separatçı qüvvələr Paşinyanın apardığı siyasətə qarşı çıxır, ona mane olmaq istəyirlər. Baxmayaraq ki, Paşinyan ermənilərə rahatlıq gətirəcək qanunlar qəbul etməyə və qonşuluq münasibətlərinin bərpasına çalışır. Paşinyan Azərbaycan tərəfinin irəli sürdüyü şərtlərin böyük hissəsini qəbul edib. Amma müəyyən qüvvələr var ki, sülh prosesindən narazıdırlar. Nə qədər ki, Ermənistanda köçəryanlar, sərkisyanlar məsuliyyətə cəlb olunmayıblar, erməni kilsəsinə, revanşist və separatçılara dəstək verəcəklər. Ermənistanda ab-havanı gərginləşdirmək və seçkilərdə Paşinyana problemlər yaratmaq məqsədi güdürlər. Bu gərginliyi maliyyələşdirən qüvvələr də var. Çalışırlar ki, Paşinyan və kilsə qarşıdurmasının miqyası daha da genişlənsin və baş nazir öz avtoritetini, sabaha inamını itirsin, insanların inamını qazana bilməsin. Paşinyana mane olmağa çalışan qüvvələr Cənubi Qafqazda sülh və sabitlik istəmirlər. Ancaq Paşinyanın II Qaregini devirəcəyi ehtimalı güclüdür.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zəli hansı xəstəliklərdə istifadə olunur?
06:00 22.05.2026
Sağlamlıq
Axtarışa verilən Serenaydan ilk - Açıqlama
05:25 22.05.2026
Şou
Dünyanın 5 ən təhlükəli boğazı - Onlar bağlansa nə baş verər?
04:14 22.05.2026
Dünya
Ayaqlarınız daim üşüyürsə, bunları yeyin - Canan Karataydan
03:33 22.05.2026
Sağlamlıq
Tan Taşçı saxlanıldı
02:54 22.05.2026
Şou
Əfqanıstanda qızlar üçün nikah yaşı aşağı salınıb
02:22 22.05.2026
Dünya
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
00:19 22.05.2026
İnfrastruktur
"Fox News": Amerikalıların 60%-dən çoxu İranla müharibəyə qarşıdır
23:30 21.05.2026
Dünya
Yeni MMA liqası təşkil ediləcək
23:11 21.05.2026
İdman
Əli Əsədov Türkmənistana səfər edib
22:06 21.05.2026
Siyasət
ABŞ Prezidenti: İranın uran ehtiyatını məhv edəcəyik
20:55 21.05.2026
Dünya
Avropa Liqasında mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi
20:31 21.05.2026
Dünya
Rubio: İranla danışıqlarda müəyyən irəliləyiş əldə olunub
20:19 21.05.2026
Region
Leyla Əliyeva Esvatini Kralı III Msvatini ilə görüşüb
20:06 21.05.2026
Gündəm
Ekspert Minidiçin Zelenskini niyə məhkəməyə verdiyini açıqlayıb
19:52 21.05.2026
Dünya