Farmanyan: Makron Paşinyana Nobel vəd edib

“Fransa Prezidenti Emmanuel Makron Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasına nail olacağı təqdirdə, Baş nazir Nikol Paşinyana Nobel sülh mükafatını vəd edib”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş deputatı Samvel Farmanyan deyib.
“Yelisey sarayı Nikolu belə bir mükafatın onun beynəlxalq nüfuzundan əlavə, şəxsi təhlükəsizliyinin ömürlük və effektiv təminatı olacağına inandırıb”, - siyasətçi bildirib.