
Elçin Mirzəbəyli: Cənubi Qafqazda Türkiyə faktorunun güclənməsi reallıq olaraq qalır
12:56 11.03.2025
Cənubi Qafqaz
415
Rusiya da bölgədə öz təsir imkanlarını müəyyən ənənəvi metodlarla qoruyub saxlamağa çalışacaq
Cənubi Qafqaz hər zaman yeni dünya nizamına uyğun olaraq ortaya çıxacaq ayrı-ayrı qüvvələrin diqqət mərkəzində olacaq
Türkoloq Ruben Safrastyan erməni mediasına geniş müsahibəsində deyib ki, yeni dünya düzənində Cənubi Qafqaz Rusiyanın ümumi təsir dairəsində qalacaq. O bildirib ki, Cənubi Qafqazda Türkiyə faktorunun güclənməsi reallıqdır və düşünürəm ki, ABŞ da bununla razılaşacaq. Türkiyə Yaxın Şərqdə böyük bir oyuna başladı və Türkiyə o oyundan daha çox faydalanmağa çalışır, resurslarının böyük hissəsini də Yaxın Şərqə yönəldib. Buna görə də Ankara status-kvonu saxlayacaq və Cənubi Qafqazda çox fəallıq göstərməyəcək. Təbii ki, Türkiyənin son məqsədi Cənubi Qafqazı Türkiyənin təsir dairəsinə çevirməkdir, lakin indi bu, baş verməyəcək. İrana gəlincə, hazırda ciddi daxili problemləri olduğu üçün Cənubi Qafqazda aktiv olmayacaq.
Milli Məclisin deputatı Elçin Mirzəbəyli “Sherg.az”a söyləyib ki, erməni türkoloq olduğunu iddia edən Ruben Safrastyan prinsip etibarı ilə daha çox siyasi ekspert kimi çıxış edir və təbliğat elementlərini açıqlamalarında dilə gətirməkdən çəkinmir:

“Cənubi Qafqazda şübhəsiz ki, Türkiyə faktorunun güclənməsi reallıq olaraq qalır. Həmin reallığın daha da güclənməsi istiqamətində ciddi layihələrin icra olunduğunun şahidiyik. İndiki şəraitdə regionda mövcud təhlükəsizlik konfiqurasiyanın dəyişməsində və yaxud dəyişməməsində maraqlı olan kifayət qədər qüvvələr mövcuddur. Regionda baş verən proseslərin inkişaf dinamikası təkcə, Cənubi Qafqazdan asılı olan məsələ deyil. Cənubi Qafqaz Mərkəzi Asiya, bütövlükdə Avrasiyanın ayrılmaz parçasıdır. Eyni zamanda Cənubi Qafqaz önəmli coğrafi mövqeyə malikdir. Cənubo Qafqaz Xəzər dənizi və Qara dəniz arasındaki mühim geostrateji əhəmiyyətə malik coğrafiyadır. Bu anspektən isə dünyanın müxtəlif ölkələrinin Cənubi Qafqaza maraq göstərməsi müxtəlif səbəblərdən, xüsusilə də Mərkəzi Asiyanın enerji resurslarına çıxış baxımından yaranır. Cənubi Qafqaz hər zaman yeni dünya nizamına uyğun olaraq ortaya çıxacaq ayrı-ayrı qüvvələrin diqqət mərkəzində olacaq. Amma özünü türkoloq adlandıran Ruben Safrastyanın Türk Dövlətləri Təşkilatını diqqətdən kənarda saxlaması xüsusi maraq doğurur. Çünki indiki şəraitdə Azərbaycan və Türkiyənin əsas hədəfləri TDT-a çərçivəsində inteqrasiya meyillərini gücləndirməkdən və təsisatı regional güc faktoruna daşımaqdan ibarətdir. Təbii ki, təşkilatın regional güc faktoruna çevirməsi istiqamətində ciddi addımların atıldığını görürük. Yəni hazırda regionda təsir güclərini formalaşdıran aktiv oyunçuların sırasında sadəcə Türkiyənin adının çəkilməsi yanlış yanaşma tərzidir. Burada bütövlükdə TDT-ya üzv olan ölkələrin ortaq maraqlarından və hədəflərindən söhbət gedir. Belə olduğu təqdirdə Azərbaycan başda olmaqla TDT-nın güclənəcəyi ehtimalı daha çoxdur”.
Ekspert qeyd edib ki, Rusiya da bölgədə öz təsir imkanlarını müəyyən ənənəvi metodlarla qoruyub saxlamağa çalışacaq:
“Lakin regionda artıq güc balansı formalaşmağa başlayıb və ehtimal olunan konturlar nəzərə çarpır. Türkiyənin diqqətinin daha çox Yaxın Şərqə yönəlməsi ilə bağlı səsləndirilən fikirlər isə erməni arzusundan başqa bir şey deyil. Türkiyə Yaxın Şərqlə bağlı bir çox məqamların öz yerini tapmasına nail olub. Terrorun kökünün kəsilməsi, PKK-nın terror təşkilatı kimi sıradan çıxması və Suriya ərazisindəki qruplaşmalarının faktiki olaraq silahı yerə qoyması Yaxın Şərqin ən böhranlı ölkələrindən birində problemin həllinin tamamilə yaxında olduğunu təsdiqləyir. Bu Suriya hakimiyyətinin mövqeylərini gücləndirəcək və Türkiyəyə öz sərhədləri yaxınlığında təhlükəsizliyin tam təmin olunmasına imkan verəcək. Terrorla mübarizənin ən kəskin nöqtəsində belə Türkiyənin çoxşaxəli siyasət yürütdüyünü və Cənubi Qafqaza xüsusi diqqət ayırdığını ayrıca qeyd etmək lazımdır. Bu xüsusda Azərbaycan və Türkiyənin birgə əməkdaşlığını TDT-nın möykəmləndirilməsində əsas faktor kimi çıxış edir. Ruben Safrastyan erməni cəmiyyətini növbəti dəfə ümidləndirmək üçün məqsədyönlü mesajlar verməklə məşğuldur. Sözügedən türkoloqun Rusiya Şərqşünaslıq İnstitunun yetirməsi olduğunu nəzərə alsaq onun mülahizələrinin haradan yönəldiyini də müəyyənləşdirmək mümkündür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşulub
21:35 23.04.2026
Dünya
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - YENİLƏNİB
21:19 23.04.2026
Hadisə
Pəhləvinin "azad İran" vədləri inandırıcı deyil - ŞƏRH
19:15 23.04.2026
Gündəm
Dua Lipa evlənir!
18:45 23.04.2026
Şou
Ebru Gündeşdən sürpriz: Yeni görünüşü sosial medianı silkələdi
18:42 23.04.2026
Şou
Derbi öncəsi gərginlik: "Fənərbağça"dan Dursun Özbəkə cavab gəldi
18:37 23.04.2026
Futbol
İranın yeni müharibə planı: bu hədəflər vurulacaq!
18:29 23.04.2026
Dünya
İrlandiya parlamentariləri Xankəndiyə səfər ediblər
18:21 23.04.2026
Siyasət
İTV-nin baş direktoru vəzifəsinə sənəd qəbulu elan edilib
18:14 23.04.2026
Media
Berlində qalmaqal: Pəhləviyə hücum - üzərinə qırmızı maye atıldı
18:07 23.04.2026
Gündəm
ABŞ Prezidenti: İranın liderinin kim olduğu məlum deyil
17:59 23.04.2026
Gündəm
Azərbaycan-Latviya münasibətlərində yeni mərhələ
17:59 23.04.2026
Gündəm
Rumıniyada baş nazirin müavini və altı nazir istefa verib
17:53 23.04.2026
Dünya
Baş Prokurorluqda geniş Kollegiya iclası keçirilib
17:27 23.04.2026
Gündəm