Ermənistan Atom Elektrik Stansiyasının 2-ci blokunu yenidən işə salıb

2026-cı il üçün planlaşdırılan profilaktik təmir işləri uğurla başa çatdıqdan sonra, 1 sentyabrda Ermənistan Atom Elektrik Stansiyasının 2 nömrəli enerji bloku yenidən işə salınıb ​​və Ermənistan Respublikasının vahid enerji sisteminə qoşulub.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın energetika və mineral ehtiyatlar naziri Davit Xudatyan sosial şəbəkə hesabında yazıb.

"Təmir işləri zamanı enerji blokunun etibarlılığını, təhlükəsizliyini və səmərəli işini artırmaq məqsədilə təxminən 20 vacib tədbir həyata keçirilib".

Təmir işləri cədvələ uyğun olaraq 153 gün davam edib.

Hazırda enerji bloku normal rejimdə işləyir və müəyyən edilmiş texnoloji tələblərə uyğun olaraq gücün tədricən artırılması həyata keçirilir.