İyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkilərində 17 partiya və 2 blok iştirak edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat katibi Seda Qukasyan bildirib.
O bildirib ki, bu qədər siyasi qüvvə Mərkəzi Seçki Komissiyasına qeydiyyat üçün müraciət edib.
İştirakçıların tam siyahısı:
Hakim “Vətəndaş Müqaviləsi” Partiyası
“Çiçəklənən Ermənistan” Partiyası
“Ermənistan Meritokratiya” Partiyası
“Mən Hamıya Qarşıyam” Partiyası
“Güclü Ermənistan” bloku
“Demokratik Birlik” Partiyası
“Birlik Qanadları” Partiyası
“Maariflənmiş Ermənistan” Partiyası
“Milli-Demokratik Qütb” partiyası
“Ermənistan” bloku
“Xristian-Demokrat” Partiyası
“Erməni Milli Konqresi” Partiyası
“Respublika” Partiyası
“Yeni Güc” Partiyası
“İslahatçılar” Partiyası
“Alyans” Partiyası
“Demokratiya, Qanun və İntizam” Partiyası
“Milli Dirçəliş və Millətin Oyanışı” Partiyası
“Respublika Naminə” partiyası