"5 oktyabr 2022-ci ildə Praqada keçirilən məşhur görüşdən sonra Azərbaycanla birbaşa, ikitərəfli danışıqlar nəticəsində 8 avqust 2025-ci ildə Vaşinqtonda tarixi əhəmiyyət kəsb edən bir saziş imzalaya bildik".
Teleqraf xəbər verir ki, bu fikirləri Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Çexiya Prezidenti Petr Pavel ilə görüşdən sonra mediaya birgə açıqlamasında deyib.
"Bunun mümkün olduğuna inanan az adam var idi, amma bu, reallığa çevrildi və biz artıq 2 ildir ki, sülh içində yaşayırıq. Qonşularımızla bu şəraitdə yaşamağa öyrəşməmişdik, amma özümüzü yeni bir vəziyyətdə tapdıq və bu sülhün davamlı olduğunu və davamlı olacağını qiymətləndiririk. Yaxın gələcəkdə diplomatik münasibətlər qurmağı və sərhədləri açmağı gözləyirik, o cümlədən 30 ildir bağlı sərhədlərimiz və diplomatik münasibətlərimiz olmayan Türkiyə ilə. Bütün bunlar regionda ümumi sülhün bərqərar olmasına və gərginliyin birbaşa aradan qaldırılmasına töhfə verəcək. Nəticədə, regional əlaqələrin açılması, iqtisadi əlaqələrin inkişafı və insanların sərbəst hərəkəti üçün imkanların genişləndirilməsi Cənubi Qafqazı əməkdaşlıq və qarşılıqlı əlaqə bölgəsinə çevirə bilər", Xaçaturyan deyib.