Ermənistan Rusiyanın sanksiyalara məruz qalmasını qazanca çevirib -Deputat
08:33 09.01.2025
Cənubi Qafqaz
887
Qərbin gözü qarşısında baş verənlər...
Rusiya həmişə Ermənistanın düşməni olub. Bunu Ermənistanın müxalif Avropa Partiyasının sədri Tiqran Xzmalyan deyib. Onun sözlərinə görə, Rusiya Azərbaycanla 44 günlük müharibədə Ermənistanı dəstəkləməyərək ona “xəyanət” edib: “Buna baxmayaraq, Ermənistan Rusiya ilə ticarətini davam etdirir. Bu ticarət cinayətdir, çünki bunlar sanksiyaya məruz qalan mallardır. Rusiya bunları Ermənistan vasitəsilə ərəb ölkələri və Sinqapura satır. Ermənistan Rusiyanı zənginləşdirmək üçün kriminal sxemdə iştirak edir və alınan pullar Ukrayna ilə müharibəni davam etdirməyə, Gürcüstan və Ermənistanda müxalifət və demokratiyanın yatırılmasına qarşı istifadə olunur.
Ermənistanın burada iştirakı biabırçılıqdır. Rusiya həmişə Ermənistanın düşməni olub, bunu heç vaxt gizlətməyib”.
Xzmalyan etiraf edib ki, sanksiyalara məruz qalan Rusiya Qərbdən ala bilmədiyi malları Ermənistan vasitəsilə əldə edir.
Erməni müxalifətinin iddialarından da göründüyü kimi, Ermənistan hər yerdə və hər işdə olduğu kimi bu məsələdə də riyakarlıq, ikiüzlülük nümayiş etdirməklə məşğuldur. Bir tərəfdən Qərbin istəyi ilə Rusiyadan uzaqlaşır və Rusiyanı Cənubi Qafqazdan çıxartmaq üçün çaba göstərirlər, digər tərəfdən, Rusiya ilə ticarət əlaqələrini "bənzəri olmayan bir sürətlə inkişaf" etdirirlər.
Milli Məclisin deputatı Azər Badamov “Sherg.az"a açıqlamasında Rusiya ilə əməkdaşlığın davam etdirilməsinin Ermənistana hava-su kimi lazım olduğunu deyib. Onun sözlərinə görə, 2022-ci ildən sonra Ermənistanın Rusiya ilə ticarət dövriyyəsi 2,4 milyard dollardan 14 milyard dollara çatıb. Halbuki Ermənistanın Avropa Birliyi ilə ticarət dövriyyəsi cəmi 1,9 milyard dollar təşkil edir:
“Bu baxımdan bu gün Ermənistanın dövlət büdcəsinin gəlirləri Rusiya ilə aparılan ticarəti üzərində qurulub. Son bir neçə ildə Ermənistanda Rusiya ilə ticarət aparan mindən çox şirkət yaranıb. Bu şirkətlərin işi Rusiyada istehsal olunan malları dünya bazarlarına çıxartmaq və Rusiya üçün vacib olan malları isə idxal etməkdən ibarətdir. Keçən il də bu fəaliyyətlə məşğul olan təkcə bir şirkətin Ermənistan büdcəsinə 8 milyon dollar vergi ödədiyi məlum olub. Beləliklə, Ermənistan Rusiyanın sanksiyalara məruz qalmasını qazanc mənbəyinə çevirib. Amma təəccüblüsü odur ki, bu hərəkətlər Qərbin gözü qarşısında baş verir və onlar Ermənistana gözündə tükün var belə demir. Təbii ki, Ermənistanın Rusiyanı sanksiyalardan yayındırmasına Qərbin belə münasibəti ikili standartların nəticəsidir. Onlar üçün şəxsi maraqlar ümumi maraqlardan üstündür. Ona görə də Ermənistana qeyd etdiyimiz hərəkətlərə görə sanksiyalar tətbiq etmək əvəzinə ona maliyyələr ayrılır və silahlandırırlar. Yəni onların marağı Cənubi Qafqazda da yeni bir gərginlik ocağı yaratmaqdır. Ona görə də Azərbaycanla sülh müqaviləsinin imzalanmasına, Zəngəzur dəhlizinin açılmasına mane olur və Ermənistanı yenidən revanşizmə hazırlamaq üçün hər cürə dəstək tədbirlərini davam etdirirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron radikal etirazçıları həbslə hədələdi
22:54 17.10.2026
Dünya
İran və Pakistan arasında sərhəd keçidləri müvəqqəti dayandırılıb
22:32 17.10.2026
Dünya
Keniyada Ebola virusuna yoluxanların sayı 7-yə çatıb
21:35 17.10.2026
Dünya
“Qarabağ” “Neftçi” matçı bərabərliklə yekunlaşdı
21:18 17.10.2026
Futbol
ABŞ prezidenti Moskvanın mövqeyindən çıxış edir -ŞƏRH
21:00 17.10.2026
Aktual
"Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi
20:46 17.10.2026
Şou
İranda güclü partlayış
20:32 17.10.2026
Region
Gəncədə Kukla Teatrının mühafizəçisi bıçaqlandı
20:18 17.10.2026
Hadisə
Devid Bekhem FIFA prezidenti postuna namizəd ola bilər
19:34 17.10.2026
Futbol
Azərbaycanda nə qədər qızıl istehsal olunub?
19:02 17.10.2026
İqtisadiyyat
“Qəbələ”nin baş məşqçisi: Bunlar komandanın səhvləridir
18:34 17.10.2026
Futbol
Fransada etiraz aksiyaları davam edir
18:23 17.10.2026
Dünya
Türkiyə ordusu daha 80 ANKA-3 sifariş verdi
17:53 17.10.2026
Aktual
Türkiyə və İran XİN başçıları Bağdadda görüşdü
17:08 17.10.2026
Gündəm
Füzuli Şəhəri Günü qeyd olunub
16:26 17.10.2026
Sosial
Ronaldu yeni biznes qurur: 10 milyon avro sərmayə qoyub
15:57 17.10.2026
Maraqlı