Gürcüstanda "oğru dünyası" ilə əlaqəsi olan şəxslər saxlanılıb
09:48 14.02.2025
Cənubi Qafqaz
671
Quria Polis Departamenti və Ozurgeti Rayon Prokurorluğunun əməkdaşları tərəfindən birgə aparılmış operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində Tbilisi, Ozurgeti və Urekidə "qanuni oğru dünyası" ilə əlaqəli olan 5 nəfər saxlanılıb.
24News.ge xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Məlumata görə, "qanuni oğru dünyasının" üzvü olmaqda ittiham olunanlar arasında 1991-ci il təvəllüdlü "Xoşto" ləqəbli və əvvəllər dəfələrlə məhkum olunmuş, 1981-ci il təvəllüdlü "Edo" ləqəbli şəxslər də var.
"Qanuni oğru dünyası"nın fəaliyyətini dəstəkləməkdə ittiham olunan şəxs isə əvvəllər məhkum edilmiş, 2000-ci il təvəllüdlü L.R-dir.
"Qanuni oğru dünyası"nın üzvünə müraciət etməkdə ittiham olunanlar isə 1977-ci il təvəllüdlü K.B. və əvvəllər dəfələrlə məhkum olunmuş, 1983-cü il təvəllüdlü V.Ç-dır.
Bundan əlavə, əvvəllər dəfələrlə məhkum edilmiş 1984-cü il təvəllüdlü M.X.-ya "qanuni oğru dünyası"nın üzvü olmaq ittihamı penitensiar müəssisədə ittiham irəli sürülüb.
Aparılmış istintaq tədbirləri, o cümlədən bir neçə ay ərzində məhkəmə qərarı əsasında həyata keçirilmiş gizli istintaq hərəkətləri nəticəsində müəyyən edilib ki, saxlanılan şəxslər "qanuni oğru dünyası"nın fəaliyyətində iştirak edib, "qanuni oğru" adlanan şəxslərlə əlaqədə olub və onların tapşırıqlarını yerinə yetiriblər.
Xüsusilə, "qanuni oğru" mübahisələrinin həlli, qorxutma, hədə-qorxu, cinayətkar təsir imkanlarından istifadə etməklə və qanunsuz əməllər törətməklə nüfuz və hakimiyyət əldə etmək, eləcə də şəxsi və başqalarının mənfəətini təmin etmək məqsədilə Quria regionunda, Ozurgeti bələdiyyəsinin Urek qəsəbəsində və Sxaltubani kəndində "qanuni oğru dünyasının" fəaliyyətini həyata keçiriblər.
Polis əməkdaşları saxlanılan şəxslərin şəxsi və yaşayış evlərində axtarış zamanı maddi sübut kimi mobil telefonlar və narkotik vasitələr götürüb.
Faktla bağlı istintaq başladılıb, saxlanılan şəxsləri 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məhkəmə general-mayor Natiq Əliyevin qızı ilə bağlı qərar verdi
18:48 12.11.2026
Hadisə
Ağ Evin yaxınlığında silahlı insident: azı 4 nəfər yaralanıb
18:33 12.11.2026
Dünya
Rusiya Prezidenti: Ukraynada əbədi sülh istəyirəm
18:20 12.11.2026
Gündəm
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
18:14 12.11.2026
Dünya
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb
16:21 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
16:03 12.11.2026
Gündəm
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
15:37 12.11.2026
Ölkə