II Qareginin qardaşı və qardaşı oğlu həbsdən azad edildi

Ermənistanın katolikosu II Qareginin qardaşı Gevorq Nersisyan və qardaşı oğlu Ambarsum Nersisyan ev dustaqlığından azad ediliblər.

Teleqraf xəbər verir ki, onlara qarşı qətimkan tədbiri olaraq inzibati nəzarət tətbiq olunub.

Xatırladaq ki, onlar seçki kampaniyasına mane olmaqda ittiham edilirlər. 2025-ci il noyabrın 3-də Gevorq Nersisyan və Ambarsum Nersisyan haqqında həbs qərarı verilmişdi.