Kobaxidze: ATƏT-in mövqeyi anlaşılandır, baş ağrısı istəmədi
08:42 11.09.2025
Cənubi Qafqaz
314
“ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (ATƏT/DTİHB) Gürcüstana göndəriləcək müşahidə missiyasını bir ay ərzində komplektləşdirə bilərdi. Əslində bu proses bir neçə gün tələb edir”.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze ATƏT/DTİHB Gürcüstana müşahidəçilər göndərməkdən imtina etməsini jurnalistlərə şərh edərkən söyləyib.
O, həddindən artıq bürokratiyanın Avropaya zərər yetirdiyini bildirib.
“Bir ay missiyanın formalaşdırılması üçün kifayət qədər yetərlidir. Lakin anlayıram ki, bütün bunlar ATƏT/DTİHB üçün ciddi sınaq ola bilərdi. Belə ki, qurum Gürcüstandakı parlament seçkiləri ilə bağlı rəyini açıqlayandan sonra hücumlara məruz qalmışdı. Ola bilsin ki, ATƏT/DTİHB bu cür baş ağrısını artıq istəməyib və biz təşkilatın mövqeyini başa düşürük”, - İ.Kobaxidze söyləyib.
Qeyd edək ki, Gürcüstan hökuməti sentyabrın 6-da ATƏT/DTİHB-ni oktyabrın 4-də keçiriləcək yerli seçkilərin müşahidəsinə dəvət edib. Üç gün sonra təsisat dəvəti gec aldığını əsas gətirərək Gürcüstana müşahidə missiyası göndərə bilməyəcyini açıqlayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Puşilin: Nikolayevkanın kənarında şiddətli döyüşlər gedir
12:27 03.08.2026
Gündəm
Kart limiti vətəndaşı yenidən nağd pula qaytara bilər - EKSPERT
12:24 03.08.2026
Aktual
Bakıda 4 yaşlı uşaq 13-cü mərtəbədən yıxılaraq ölüb
12:04 03.08.2026
Hadisə
Ağdərədə mina partlaması nəticəsində iki nəfər xəsarət alıb
11:19 03.08.2026
Hadisə
Bakıda küçələrdən birinə Elçin Əfəndiyevin adı verilib
11:04 03.08.2026
Mədəniyyət
Krıma PUA hücumu: Üç nəfər həlak olub
11:04 03.08.2026
Gündəm
Yapon alim izah edib ki, niyə ev pişiyi ilə danışmaq lazımdır
09:45 03.08.2026
Maraqlı
Ukrayna ordusu Krımı bombardman etdi - Neft bazası vuruldu
09:26 03.08.2026
Dünya
Tramp: ABŞ və İran Hörmüz boğazı ilə bağlı razılığa gəlib
08:54 03.08.2026
Gündəm
Bu həftə pulu çox, kefi kök olacaq BÜRCLƏR
08:48 03.08.2026
Cəmiyyət
Rihanna dayanmaq bilmir!
07:44 03.08.2026
Şou
Tez-tez burun qanaması ciddi xəstəlikdən xəbər verə bilər
07:07 03.08.2026
Sağlamlıq
Messi dünya çempionatından sonra meydana qayıtdı
06:36 03.08.2026
Futbol