Paşinyan: Baş nazir olduğum günə lənət olsun

“Gizlətmirəm, son səkkiz ildə elə anlar olub ki, baş nazir olduğum günü lənətləmişəm”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş nazir Nikol Paşinyan Təhlükəsizlik Şurasının keçmiş katibi Armen Qriqoryanın kitabının təqdimat mərasimində deyib.

“Bu, bir-iki dəfə də olmayıb. Bilmirəm, siz hansı günə lənət oxumusunuz - mənim baş nazir olmağıma, yoxsa sizin müvafiq vəzifəyə təyin olunmağınıza?” - Baş nazir tədbirdə iştirak edən hökumət üzvlərinə müraciətində bildirib.