Paşinyan parlament sədri vəzifəsinə namizədin adını açıqladı

Ermənistanda parlament sədri vəzifəsinə namizəd kimi Ruben Rubinyan seçilib.

Teleqraf xəbər verir ki, bu barədə Baş naziri Nikol Paşinyan hakim Vətəndaş Müqaviləsi Partiyasının idarə heyətinin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.

“Müzakirələr və qapalı səsvermənin nəticələrinə əsasən Ruben Rubinyan Milli Assambleyanın sədri vəzifəsinə namizəd seçilib”, – deyə Paşinyan qeyd edib.

Qeyd edək ki, bu vəzifə üzrə Alen Simonyan, Hayk Konjoryan və Ruben Rubinyan mübarizə aparırdı.