
Paşinyanın iddiaları absurddur: Ermənistanın "ağalarından" icazəsiz müqavilə imzalamaq hüququ yoxdur
11:51 10.01.2025
Cənubi Qafqaz
688
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistan Baş naziri Nikol Paşinyanın iddialarına cavab verib.
Bu barədə XİN sözçüsü sosial mediada paylaşım edib.
"Bəs bütün bunlar həqiqətən nə deməkdir? Cənab Baş nazir Nikol Paşinyan, qoy sizin əməlləriniz sözdən daha çox danışsın.
Maraqlıdır ki, sizin “sülhsevər hekayəniz” regionda davamlı sülh və sabitliyin bərqərar olmasının ən mühüm sütunundan, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmətdən yayınır", - o qeyd edib.
Qeyd edək ki, Ermənistan sülh sazişi layihəsinin razılaşdırılmamış iki bəndinə dair Azərbaycana təkliflər göndərib. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan “Armenpress”ə müsahibəsində deyib. Onun sözlərinə görə, müsbət cavab verildiyi təqdirdə, Ermənistan sənədi imzalamağa hazırdır. “Sülh müqaviləsinin razılaşdırılmamış iki maddəsinin həllini təklif etdik və Azərbaycan müsbət cavab verərsə, müqaviləni imzalamağa hazırıq”, - Paşinyan qeyd edib.
Politoloq Elçin Xalidbəyli "Sherg.az"a deyib ki, ABŞ, Avropa Birliyi (AB) və Fransanın Cənubi Qafqazdakı geopolitik müstəmləkəsinə çevrilmiş Ermənistan hazırda sülh mövzusunu uzatmaqla məşğuldur:

"Sülhdən geniş şəkildə danışılır, amma real addımlar atılarkən bu prosesi əngəlləyən mövqedən çıxış edilir. Ermənistanın silahlanması və son zamanlarda atəşkəs rejiminin pozulması sülhə yox, münaqişəyə hazırlaşmasından xəbər verir. Ona görə də Paşinyan hakimiyyətinin yekun sülh sazişi barədə irəli sürdüyü bir çox iddialar absurddur. Çünki Ermənistanın Baş naziri dəfələrlə bildirib ki, guya iki dövlət arasında razılaşdırılmış 15 bənd çərçivəsində yekun sülh sazişini imzalamağa hazırdır. Lakin bunlar hamısı manipulyasiyadır, üstəlik sülhü əngəlləmək məqsədi güdür. Digər tərəfdən yekun sülh sazişinin 17 bəndindən 15-i razılaşdırılıb, ikisi isə müzakirə mərhələsindədir. Heç bir normal dövlət natamam, yarımçıq sənədi imzalamaz. Çünki Azərbaycan beynəlxalq hüquq normaları çərçivəsində fəaliyyət göstərir. Bu baxımdan dünyada yarımçıq sənədlərin imzalanması praktikası mövcud deyil".
Politoloq vurğulayıb ki, Paşinyan hakimiyyəti bilir ki, hətta yekun sülh sazişi razılaşdırılsa da, Azərbaycanın həmin sənədi imzalaması üçün rəsmi Bakının bəzi şərtləri də mütləq yerinə yetirilməlidir:
"Bu istəklərin sırasında Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olan müddəaların çıxarılması, Minsk qrupunun ləğvi üçün ATƏT-ə müraciət edilməsi və bu dövlətin ərazisində yerləşdirilmiş AB-nin mülki müşahidə missiyası adı altında fəaliyyət göstərən hərbi kəşfiyyatla məşğul olan cəsus şəbəkəsinin olmaması durur. Bütün bunları nəzərə aldıqda bu qədər sadə prinsipləri sülhpərvərlikdən danışan Ermənistanın həyata keçirməsi çətin olmamalıdır. Bunlarla yanaşı, Qərb ölkələrinə Cənubi Qafqazda sülh qətiyyən sərfəli deyil. Əksinə, bu məkrli üçlük - ABŞ, AB və Fransa Ermənistanı silahlandıraraq növbəti dəfə savaş törətməyə cəhd göstərirlər. Bu halda Cənubi Qafqaza yerləşmək üçün vasitəçilik missiyası adı altında bəhanə qazanmaq niyyəti güdürlər. Ümumilikdə isə Ermənistan ABŞ, AB və Fransanın icazəsi olmadan Azərbaycanla sülh müqaviləsi imzalamaq hüququna malik deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron radikal etirazçıları həbslə hədələdi
22:54 17.10.2026
Dünya
İran və Pakistan arasında sərhəd keçidləri müvəqqəti dayandırılıb
22:32 17.10.2026
Dünya
Keniyada Ebola virusuna yoluxanların sayı 7-yə çatıb
21:35 17.10.2026
Dünya
“Qarabağ” “Neftçi” matçı bərabərliklə yekunlaşdı
21:18 17.10.2026
Futbol
ABŞ prezidenti Moskvanın mövqeyindən çıxış edir -ŞƏRH
21:00 17.10.2026
Aktual
"Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi
20:46 17.10.2026
Şou
İranda güclü partlayış
20:32 17.10.2026
Region
Gəncədə Kukla Teatrının mühafizəçisi bıçaqlandı
20:18 17.10.2026
Hadisə
Devid Bekhem FIFA prezidenti postuna namizəd ola bilər
19:34 17.10.2026
Futbol
Azərbaycanda nə qədər qızıl istehsal olunub?
19:02 17.10.2026
İqtisadiyyat
“Qəbələ”nin baş məşqçisi: Bunlar komandanın səhvləridir
18:34 17.10.2026
Futbol
Fransada etiraz aksiyaları davam edir
18:23 17.10.2026
Dünya
Türkiyə ordusu daha 80 ANKA-3 sifariş verdi
17:53 17.10.2026
Aktual
Türkiyə və İran XİN başçıları Bağdadda görüşdü
17:08 17.10.2026
Gündəm
Füzuli Şəhəri Günü qeyd olunub
16:26 17.10.2026
Sosial
Ronaldu yeni biznes qurur: 10 milyon avro sərmayə qoyub
15:57 17.10.2026
Maraqlı