
Paşinyanın “siyasi ömrü” daralıb: Ermənistanda hakimiyyət dəyişikliyi real görünür
11:06 21.06.2025
Cənubi Qafqaz
416
Qalibin isə xalq yox, böyük güclər olacağı birmənalıdır
Tural Ismayılov: “Təmizləmə əməliyyatı” Nikolu qorumaya bilər
Bu yaxınlarda Ermənistan Baş naziri Nikol Paşinyana məlumat verilib ki, ölkədə genişmiqyaslı hakimiyyət dəyişikliyi ssenarisi hazırlanır. Bu, hökumət başçısını ciddi narahat edib və öz ətrafına istənilən təşəbbüsün izinə düşməyi tapşırıb.
Bu barədə “Joqovurd” qəzeti məlumat yayıb.
Erməni nəşri yazır ki, hüquq mühafizə sistemi artıq tədbirlər mərhələsinə başlayıb:
“Bu silsilə tədbirlər zəncirinin bir halqası iş adamı Samvel Karapetyan və keçmiş baş nazir Ovik Abramyanın gözlənilməz həbsidir.
Bütün bunlar həm də Rusiya xarici işlər naziri Sergey Lavrovun son səfəri ilə bağlıdır. 20-21 may tarixlərində Lavrovun İrəvanda bir sıra siyasi və biznes xadimləri, o cümlədən Samvel Karapetyan, Ovik Abramyan və digər yüksək rütbəli keçmiş xadimlərlə qapalı görüşlər keçirdiyi barədə məlumatlar var. Əldə etdiyimiz məlumata görə, görüşlərdə siyasi müzakirələr də aparılıb və bu, hakimiyyət üçün təhlükə kimi qiymətləndirilib.
Nikol Paşinyan hökumətin sabitliyinə xələl gətirməyə çalışan istənilən qüvvəyə dərhal qarşılıq verilməli olduğunu vurğulayıb. Nəticədə Samvel Karapetyan artıq dəmir barmaqlıqlar arxasında, Abramyan ev dustaqlığındadır, digərləri isə hüquq-mühafizə orqanlarının nəzarətindədir”.
Politoloq Tural İsmayılov Sherg.az-a deyib ki, Ermənistanda hakimiyyət dəyişikliyi ehtimalı real görünür. Lakin bu, sadəcə daxili ictimai narazılığın məhsulu deyil — bu dəfə məsələ geosiyasi təkanlarla da qidalanır:

"Paşinyan hökuməti son illərdə Rusiyadan uzaqlaşaraq Qərbə inteqrasiya xəttini seçdi və bu, Kreml üçün strateji itki sayılır. Lavrovun İrəvandakı səfəri və keçmiş nüfuzlu fiqurlarla qapalı görüşləri Moskvanın Ermənistan daxilində yeni siyasi arxitektura qurmağa cəhd etdiyini göstərir. Samvel Karapetyan və Ovik Abramyan kimi fiqurların həbsi isə təsadüfi deyil — bunlar Paşinyana qarşı potensial "daxili resurs" olaraq görülən şəxslərdir. Bu həbslər həm də ictimaiyyətə və elitalara “təmizləmə əməliyyatı” mesajıdır. Paşinyan bu yolla həm Moskvanın oyununun qarşısını almağa, həm də öz mövqeyini möhkəmləndirməyə çalışır. Lakin bu, onu qorumaya bilər. Ermənistanda siyasi elitalar arasında parçalanma dərinləşib, ordu və təhlükəsizlik qurumları arasında da fikir ayrılıqları artmaqdadır. Xalq isə həm sosial-iqtisadi böhrandan, həm də Qarabağ məsələsindəki travmadan dolayı narazıdır. Bütün bunlar yeni bir siyasi prosesin başlaya biləcəyinə işarədir".
Politoloqun fikrincə, Qərb Paşinyanı dəstəkləsə də, daxildəki böhranı təkcə xarici tərəfdaşlarla kompensasiya etmək çətindir:
"Rusiya isə Ermənistanın Qərbə sürüklənməsinə strateji səviyyədə müqavimət göstərməkdə qərarlıdır. Bu da Paşinyanın “siyasi ömrünü” daraldır. Hətta o, demokratik üsulla hakimiyyətdən getsə belə, bu prosesdə Kremlin barmağı olacaq. Ermənistan tarixində əvvəl də "məxməri" dəyişikliklər olub, lakin bu dəfə ssenari həm daxili, həm xarici qüvvələrin aktiv iştirakı ilə yazılır. Əgər bu qarşıdurma daha da dərinləşsə, Ermənistanda yaxın aylarda hökumət dəyişikliyi mümkündür. Qalibin isə xalq yox, böyük güclər olacağı birmənalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət
Ağcabədidə qadın əri tərəfindən bıçaqlandı - YENİLƏNİB
19:38 24.09.2026
Hadisə
David Alabanın yeni klubu bəlli oldu
19:30 24.09.2026
Futbol
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
19:23 24.09.2026
Gündəm
Qazaxıstanda matəm elan edildi
19:16 24.09.2026
Dünya
Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşdü
19:02 24.09.2026
Siyasət
Si Cinpin: Çin və ABŞ tarixi məsuliyyət daşıyır
18:55 24.09.2026
Dünya
Moldova NATO-ya üzv olmaq istəmir
18:26 24.09.2026
Dünya
Ceyhun Bayramov albaniyalı həmkarı ilə görüşdü
18:18 24.09.2026
Siyasət
Putin Fransadakı səfiri vəzifəsindən azad edib
18:07 24.09.2026
Gündəm
Ermənistanın Aİ-yə üzvlüyü avtomatik baş verməyəcək - ŞƏRH
17:56 24.09.2026
Gündəm
Tramp sülh prosesinin miqyasını dəyişdi - ŞƏRH
17:33 24.09.2026
Gündəm
Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olundu
16:35 24.09.2026
Gündəm