
Vassallıqdan suverenliyə: Ermənistan öz yolunu axtarır -ŞƏRH
11:40 21.06.2025
Cənubi Qafqaz
483
Ermənistan hakimiyyəti bu gün ölkənin taleyini öz nəzarətində saxlamaq siyasəti həyata keçirir. Bu barədə Ermənistan parlamentindəki hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının rəhbəri Hayk Koncoryan Baş nazir Nikol Paşinyanın Türkiyə səfərini şərh edərkən bildirib. Onun sözlərinə görə, Ermənistan üçün bu gün bütün ölkələrlə vasitəçilər olmadan birbaşa danışmaq olduqca vacibdir. Çünki tarix göstərir ki, Ermənistanın adından danışanlar tez-tez bu imkandan şəxsi maraqları üçün istifadə ediblər – ölkəni başqalarına “pul kimi verib” və ya “öz ciblərinə qoyublar”. Koncoryan deyib ki, bu tarixi gedişatı dəyişmək lazımdır və Baş nazirin Türkiyə səfəri də məhz bu məqsədə xidmət edir. Fraksiya rəhbəri həmçinin qeyd edib ki, sabiq prezident Robert Koçaryan, iş adamı Samvel Karapetyan və parlament müxalifəti Ermənistanda hakimiyyət dəyişikliyinə nail olmaq üçün əlindən gələni edir. Onun fikrincə, onların məqsədi Ermənistanın taleyini başqa bir dövlətin, yəni Rusiyanın əlinə verməkdir. Koncoryan vurğulayıb ki, biz isə Ermənistanın suveren dövlət olaraq qalmasını istəyirik. Buna görə də qonşularımızla münasibətləri normallaşdırmağa, sərhədləri açmağa, iqtisadiyyatı inkişaf etdirməyə və əhalinin rifahını yaxşılaşdırmağa çalışırıq. Vaxtilə Ermənistanla bağlı hansısa məsələ olanda İrəvana yox, başqa paytaxta məsələn, Moskvaya zəng edirdilər. İndi isə artıq İrəvana zəng edirlər.
Politoloq Natiq Miri Sherg.az-a bildirib ki, bu fikir Nikol Paşinyanın Ermənistanı daha müstəqil və suveren bir ölkəyə çevirmək niyyətinin əsasını təşkil edir:

“Ermənistan heç vaxt tam müstəqil bir dövlət olmayıb. O, daim geosiyasi alət kimi istifadə edilib və bu maraqlar kontekstində, vaxtilə türk dövlətləri arasında bir əngəl rolunu oynayan, süni şəkildə yaradılmış bir dövlətdır. Bu dövləti yaradan Rusiya Ermənistana həmişə özünün bir əyaləti kimi yanaşıb. Eyni zamanda, Qərbdə, xüsusilə Anqlo-sakslar dünyasında, İngilislər vaxtilə uydurma “erməni soyqırımı” iddialarını ortaya atmaqla, Türkiyəyə təzyiq mexanizmi formalaşdırıblar. Sözügedən proses artıq bir əsrə yaxındır davam edir. Paşinyanın son açıqlamaları isə Ermənistanın tarix boyu bir alət kimi istifadə olunmasının açıq etirafıdır. Beləliklə, Ermənistan ətrafında baş verən hadisələr heç də bu ölkənin öz iradəsi ilə deyil, qlobal güc mərkəzlərinin maraqları əsasında baş verib. Bu siyasətin fəsadlarını isə ən çox erməni xalqı yaşayıb. Düşünürəm ki, Nikol Paşinyanın Ermənistanı həqiqətən suveren və müstəqil bir dövlətə çevirmə siyasəti ciddi maneələrlə qarşılaşıb. Bunu Ermənistan daxilində müxalif revanşist qüvvələrin hökumətə qarşı apardığı fəaliyyətdə də açıq görmək mümkündür. Həmin qüvvələr Ermənistanı yenidən Rusiyanın vassalına çevirməyə çalışırlar. Onlar hər zaman Rusiyanın casus şəbəkəsinin üzvləri olublar. Ən böyük zərərləri də məhz Ermənistana veriblər. Bu kontekstdə əsas fərqlənən fiqurlar Qarabağ klanına aid olan Robert Koçaryan və Serj Sarkisyandır. Sadəcə olaraq, bu məsələlər Rusiyanı qıcıqlandırmamaq üçün açıq şəkildə dilə gətirilmir”.
Ekspert qeyd edib ki, müstəqil və suveren dövlət olmaq yolunda Baş nazir Nikol Paşinyanın ciddi fəaliyyəti diqqətdən kənarda qalmamalıdır:
“Paşinyan hesab edir ki, başqa çıxış yolu yoxdur. Erməni ictimaiyyəti bu həqiqəti dərk etməli və hökuməti dəstəkləməlidir ki, nəhayət, kiçik Ermənistan müstəqil və suveren dövlətə çevrilsin. Bu gün Ermənistanda əsas mübarizə məhz ictimai rəy uğrunda gedir. Bir tərəfdə müstəqillik və suverenlik uğrunda çalışan Nikol Paşinyan və onun komandası, digər tərəfdə isə Ermənistanı yenidən Rusiyanın vassalı etmək istəyən Qarabağ klanının revanşist qüvvələri dayanır. Kim ictimai rəydə üstünlük qazanacaq və erməni xalqı kimə daha çox inanacaqsa, Ermənistanın gələcəyini də həmin mövqe müəyyən edəcək. Bu mübarizənin nəticəsi isə 2026-cı il parlament seçkilərində tam şəkildə üzə çıxacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya