Ukrayna Prezidenti Volodimir Zelenski İrəvanda keçirilən Avropa Siyasi Birliyinin plenar iclasında çıxış edərək, Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olmasını alqışladığını bildirib.
Teleqraf xəbər verir ki, Ukrayna lideri bu tarixi inkişafın Cənubi Qafqaz regionu üçün önəmli olduğunu deyib.
“Bu, çox vacibdir. Ermənistan və Azərbaycana yalnız davamlı sülh arzulayırıq”, - Volodimir Zelenski qeyd edib.