“Azərbaycan problemin üzərinə getməkdən və həllinə töhfə verməkdən çəkinmir”
Bakının ev sahiblii etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP) Tərəflər Konfransının 29-cu sessiyası işini uğurla davam etdirir. Bu gün sessiya çərçivəsində Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitinin ikinci iş günü olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev COP29 çərçivəsində keçirilən “İnkişaf etməkdə olan Kiçik ada dövlətlərinin (SIDS) Sammiti”ndə çıxışı zamanı qeyd edib ki, Azərbaycan kiçik ada dövlətlərinə Qoşulmama Hərəkatının sədri kimi həmişə dəstək verib və COP29-un sədri olaraq öz dəstəyini gələcəkdə də davam etdirəcək. Qeyd edilir ki, COP29-dan əsas gözləntilərdən biri də iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin razılaşdırılmasıdır. Bu gözləntilərin özünü doğrultması üçün nələr edilməlidir?
Multimedia Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Sherg.az”a açıqlamasında fikrini belə izah etdi:
- COP29 iqlim dəyişiklikləri ilə bağlı qlobal problemin daha da ciddiləşdiyi bir ərəfədə keçirilr. Azərbaycan iqlim dəyişikliklləri ilə bağlı problemin həllinə töhfə vermək üçün maraqlı tərəflərin iştirakına hər bir şərait yaradaraq və böyük resurslar ayıraraq BMT standartlarına cavab verən növbəti COP29 müzakirələrini təşkil edib. Yəni baxmayaraq ki, Azərbaycan iqtisadiyyatı əsasən neft-qaz infrasturkturuna söykənib, bununla belə ölkəmiz qeyd olunan qlobal problemin üzərinə gedərək, onun həlli üçün töhfə verməkdən çəkinmir, 70 minlik də bir müzakirə platfroması yaradır. Əlbəttə şərait yaratmaq, müzakirə üçün platforma təqdim etmək yuxarıda qeyd olunan problemin həlli demək deyil hələ. Hələlik görünən odur ki, problemi yaradan ölkələr onun həllində elə də aktiv deyillər. Düşünürəm ki, dünyamızın indiki mürəkkəb şəraitində qlobal iqlim probleminin nə dərəcədə həlli ölkələrin bunun üçün nə qədər resurslar ayırmasından çox asılı olacaq. Əslində görünən odur ki, inkişaf etmiş ölkələr problemin həlli üçün daha çox öhdəlik götürməlidir, daha çox yatırım etməlidir. Yəni burada bir diferensiallaşma olmalıdır. Az ziyan vurmusansa problemin həllinə də az resurs ayıracaqsan, çox ziyan vurmusansa çox da pul qoymalısan ortaya. BMT-nin ötən illərdə bu tip müzakirələrində qərarlar olub ki inkişaf etmiş ölkələr hər il 100 milyarddan çox vəsaiti bu problemin həllinə yönəltməlidir. Bu məqsədlə COP28-də BMT-nin İtki və Zərərə Cavab Fondu da yaradılıb. Lakin problemin həlli, iqlim dəyişikliyi ilə yaranan mənfi təsirlərin neytarllaşdırılması və adaptasiya üçün tələbatın daha çox - trilyon dollarla olduğu bildirilir. İndi COP29-dan gözlənti odur ki, problemin həlli üçün ölkələr məhz bu Fonda nə qədər vəsait köçürəcəklər. Fəsadların aradan qaldırılması, zərərli qazların məhdudlaşdırılması üçün iştirakçı ölkələt hansı mexanizmlər təqdim edəcək, bu dataya nəzarət üçün şəffaf mexanizmlər olacaqmı, cəmiyyət buna nəzarət edə biləcəkmi. “Yaşıl iqtisadiyyat”, rəqəmsal transformasiyalar üçün də gərəkən miqdarda vəsaitlər ayrılmalıdır. Bunun üçün də COP29 çərçivəsində ədalətli mexanizmlər, maliyyə mnəbələri tapılmalıdır.