"Biz COP29 prezidentliyi fəaliyyətininin gündəliyindən irəli gələn təşəbbüslər üzrə hamı ilə əlaqə saxlamış və müsbət impulslar əldə etmişik".
Oxu.Az xəbər verir ki, bunu COP29 Prezidentliyinin mətbuat konfransında ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev deyib.
O bildirib ki, bu gün Braziliyada G20 ölkələrinin liderləri görüşəcəklər və bu təşkilata üzv ölkələr qlobal ÜDM-in 85%-ni və emissiyaların 80%-ni təşkil edir:
"Görüşlərimizin davam etməsi Paris sazişinin maliyyədən tutmuş təsirin azaldılması və adaptasiya prosesinə qədər bütün sütunları üzrə irəliləyiş əldə etmək üçün vacibdir.
Əks halda, uğur qazana bilmərik və dünya bu görüşlərin nəticəsindən xəbər gözləyir. Biz onları iqlim böhranının həllinə sadiq olduqlarını bildirmələri və bu istiqamətdə müsbət mesaj göndərmələri üçün iclasdan istifadə etməyə çağırırıq".