
COP29 həm də xalqın səsidir -ŞƏRH
Yusif Nəzərli
05:39 20.11.2024
COP29
768
Qeyri-hökumət təşkilatları sferasında aktivlik nümayiş olunur
Avropanın aparıcı liderləri, digər bölgələrin birinci şəxsləri COP29-a qoşularaq iqlim dəyişmələri ilə bağlı ciddi müzakirələr aparırlar. Bakıda qəbul edilən qərarlar, planetimizin yaşıl mənzərəsinin qorunmasına çox ciddi kömək edəcək. COP29-da iştirak edən Avropa liderlərinin çıxışlarında iqlim dəyişmələrini təkcə sözlə deyil, eyni zamanda çox ciddi investisiya yatırmaqla müsbət tərəfə yönəltmək barəsində də təkliflər səsləndirildi. Artıq bununla bağlı ciddi proqramlar işlənilir. Bütün bunlar göstərir ki, Azərbaycan yaşıl dünya naminə həmrəyliyə öz töhfəsini verdi. Nəinki COP29 yüksək səviyyədə təşkil etmək, müzakirələr üçün müvafiq şərait yaratmaq, hətta Azərbaycan öz imkanına uyğun olaraq vəsait də ayırmağa hazırdır. Demək olar ki, COP29 qarşısına qoyulan məqsədlərə çatdı. Dünya ictimaiyyəti bir daha planetimizi qorumaq məsələsində öz mövqeyini ortaya qoydu. Aparılan müzakirələr təkcə liderlərin iştirakı ilə deyil, eyni zamanda ekofəalların, məsələyə münasibəti olan dairələrin iştirakı ilə baş tutdu. Sadə vətəndaşların yaşıl zonaya daxil olaraq müzakirələri kənardan izləmək, pavilyonları seyr etmək imkanının yaradılması yaşıl dünya fikrinin cəmiyyətdə formalaşmasında mühüm rol oynadı. Azərbaycan COP29-a gələn qonaqlara yaşıl dünyanı qorumaq üçün atdığı praktiki addımları da göstərdi.
Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İsgəndərli "Sherg.az"a açıqlamasında deyib ki, COP29 ikinci həftəsinə başlayıb. Ekspert vurğulayıb ki, COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin dünya miqyasında diqqət mərkəzində olması deməkdir:

"Həm dövlətlər, həm də qeyri-hökumət təşkilatları səviyyəsində iqlim dəyişmələri ilə bağlı, iqlim dəyişmələrini yaradan səbəblərlə mübarizə üzrə xeyli müzakirələr gedir, təkliflər irəli sürülr. Ümid edirik ki, sonda müəyyən nəticələr də əldə olunacaq. Cənab Prezident Liderlər Sammitində çıxışında qeyd etdi ki, bəzi ölkələr Azərbaycanın ev sahibliyindən narahat olsalar da, Azərbaycan bu tədbirin yüksək səviyyədə həyata keçirilməsinə nail oldu. Bir çox ölkələrdən xeyli sayda dövlət başçıları, baş nazirlər, digər şəxslər COP29-da iştirak edir və uğurlu nəticə alınır. Qeyri-hökumət təşkilatları sferasında aktivlik nümayiş olunur. Bizim yerli QHT-lər beynəlxalq QHT-lərlə birgə həmrəylik məqsədilə həyata keçirilən seminarlarda, panel müzakirələrində, diskussiyalarda iştirak edirlər. Milli QHT Forumu öz partnyoru - Panafrikan Alyansı ilə birgə bir sıra tədbirlər keçirilib. Burada Cənub-Cənub Tərəfdaşlığı, eyni zamanda böyük dövlətlərin, inkişaf etmiş Qərb ölkələrinin inkişaf etməkdə olan, az inkişaf etmiş və kiçik ada ölkələri qarşısında itkilər və zərərlər üzrə maliyyə öhdəlikləri bir daha vurğulanır. Bərabərliyə, inklüzivliyə çağırışlar edilir".
R.İsgəndərli vurğulayıb ki, COP29-da, Milli QHT Forumunun pavilyonunda yerli QHT-lər bir sıra görüşlər təşkil edir:
"Müxtəlif mövzularda su, qida sənayesi, tullantılar, həmçinin, gənclər, qadınlar, gender məsələləri, sülh, enerji məsələləri ilə bağlı tədbirlər keçirilir. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin xətti ilə isə Qoşulmama Hərəkatı üzvləri üçün əməkdaşlıq tədbirləri təşkil olunur. Türk Dövlətləri Birliyi ölkələrinin tədbirləri baş tutur. Eyni zamanda Azərbaycan, Braziliya və Birləşmiş Ərəb Əmirliklərinin qeyri-hökumət təşkilatlarının tədbiri keçirilir. Bu tədbirlər göstərir ki, gələcəkdə əlaqələr davam edəcək. Qarşıdakı dönəmdə vurğulanan məsələlər, beynəlxalq əməkdaşlıq həmişə öndə olacaq. Ümumən, qlobal iqlim dəyişmələrinin icmalara təsirinin aradan qaldırılması istiqamətində Azərbaycan bir müzakirə platforması kimi böyük rol oynamaqdadır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nazirliklə "Veysəloğlu" arasında memorandum imzalanacaq
14:28 02.09.2026
Ölkə
DİN: Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın!
14:06 02.09.2026
Aktual
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
14:03 02.09.2026
Gündəm
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə
Yasamalda skuterdən yıxılan 57 yaşlı kişi ölüb
12:35 02.09.2026
Hadisə
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı
11:43 02.09.2026
Hadisə
1,2 milyon manatlıq körpü açılışda çökdü - VİDEO
11:35 02.09.2026
Hadisə
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
11:13 02.09.2026
Hadisə