Afrika dövlətlərinin nümayəndələri COP29-da neokolonializmin qabardılmasını alqışlayıb

“COP29 iqlim dəyişikliyə həsr olunsa da, mövzunu neokolonializm və kolonializm ilə birləşdirmək hər dövlətin işi deyildi”.
APA xəbər verir ki, bunu COP29 çərçivəsində Azərbaycana səfər edən müstəmləkəçilikdən əziyyət çəkmiş Afrika dövlətlərinin nümayəndələri ilə görüş zamanı İnkişaf və Ağacların Qorunması və Bərpası naminə təşkilatın (ASRAD) prezidenti Fotoumate Djire deyib.

“Azərbaycanı COP29-un təşkilatçılığına görə təbrik edirəm. Bakı Təşəbbüs Qrupu bizə çox dəstək oldu. Azərbaycanın Qoşulmama Hərakatına sədrliyini də alqışlayıram”, - o əlavə edib.