BMT baş katibi: İnanıram ki, iqlim maliyyəsi məsələsində həqiqətə maksimum yaxınlaşacağıq

"Mən inanıram ki, biz iqlim maliyyəsi məsələsində həqiqətə maksimum yaxınlaşacağıq".
APA xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında BMT-nin baş katibi Antonio Quterreş deyib.

O bəyan edib ki, yekun razılığın əldə olunması üçün tərəflərin danışıqlara meylli olması və mövqelərinə düzəlişlər etməsi vacibdir:

"Biz inanırıq ki, heç bir ölkə bu danışıqlardan nəticəsiz ayrılmayacaq. Mən danışıqçı olmasam da hiss edirəm ki, ölkələr indiki halda öz mövqeyində qalıb. Yekun razılaşmanın əldə olunması üçün hər kəs gücünü birləşdirməli və səyləri artırmalıdır. Elmi mülahizələr də onu deməyə əsas verir ki, 1,5 dərəcəlik iqlim hədəfinə nail olunmaqdan başqa çıxış yolu yoxdur. Beləliklə, reallıq dəyişməz olaraq qalır. Yəni, tərəflərin yekun sənədin müddəaları üzrə razılığa gəlməsi son dərəcə önəmlidir".