Parlamentari: Azərbaycan ciddi qərarları ilə COP-u işlək bir konfransa çevirdi
12:18 09.09.2025
COP29
942
COP29 ilk növbədə Azərbaycanın etibarlı tərəfdaş olduğunu dünyaya bir daha tanıtdı
Ötən ilin noyabr ayında Bakıda keçirilmiş COP29-un uğurlu nəticələri “Bakı sıçrayışı” kimi tarixə düşüb.
Bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin “İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə” adlı AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının iştirakçılarına müraciətində yer alıb.
Dövlətimizin başçısı müraciətində, həmçinin xatırladıb ki, 2019-2023-cü illərdə Qoşulmama Hərəkatında uğurlu sədrliyi dövründə Azərbaycan Qlobal Cənub ölkələrinin üzləşdiyi ədalətsizliyə qarşı çıxış edib, Hərəkatın beynəlxalq müstəvidə mövqelərinin gücləndirilməsi istiqamətində çalışıb.
“Təqdirəlayiq haldır ki, Qlobal Cənub QHT platformasının təsis konfransı bu il məhz Bakıda baş tutmuşdur. Eyni zamanda COP29-un sədri qismində Qlobal Cənub ölkələrinin iqlim gündəliyi ilə bağlı baxışlarının təşviqi, ən az inkişaf etmiş ölkələrin, xüsusilə də kiçik ada dövlətlərinin ehtiyaclarının təmin edilməsi prioritetlərimiz arasında yer almışdır”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
Milli Məclisin deputatı Azər Badamov Sherg.az-a söyləyib ki, son vaxtlar keçirilən COP konfransları sadəcə formal xarakter daşıyırdı və iqlim dəyişiklikləri ilə bağlı həlledici qərarların qəbul edilməsindən uzaq idi:
"Azərbaycan bu konfransa ev sahibliyi elan olunandan sonra bir ildən az vaxtın qalmasına baxmayaraq, məsələyə çox məsuliyyətlə yanaşaraq yüksək hazırlıq işlərinə başladı. Bizdən əvvəl COP konfransları keçirmiş ölkələrin təcrübəsi öyrənildi. COP29-un təşviqi ilə bağlı beynəlxalq görüşlər keçirdi və konfransın gündəliyi hazırlandı. COP 29-un gündəliyi çox zəngin və iqlim dəyişikliklərlə mübarizədə təsiredici idi. Belə ki, dünya liderlərinin iştirakı ilə keçirılmiş konfransda iqlim maliyyəsinin üç dəfə artırılması ilə bağlı qərar qəbul olundu. Azərbaycan qəbul edilmiş çox ciddi qərarları ilə COP-u işlək bir konfransa çevirdi. O cümlədən ilk dəfə olaraq COP28 və COP29-un təcrübəsi COP30-un keçirilməsində istifadə olunması ilə bağlı yeni bir qayda razılaşdırıldı. Bu konfrans iqlim dəyiklikləri ilə mübarizədə çox əhəmiyyətli bir tədbir olaraq tarixə düşdü. Digər tərəfdən onun Bakıda keçirilməsi ölkəmiz üçün də çox əhəmiyyətli oldu".
Deputat əlavə edib ki, COP29 Azərbaycanın etibarlı tərəfdaş olduğunu dünyaya bir daha tanıtdı:
"İkincisi isə Azərbaycanın iqtisadi potensialını tanıtmaq baxımından çox vacib idi. Üçüncüsü isə bərpao olunan enerji sektorumuzun inkişafına və investisiyaların cəlb edilməsi baxımından əhəmiyyətli idi.
Azərbaycan etimad göstərildiyi bütün beynəlxalq tədbirlərə çox uğurla ev sahibliyi edir. Bu həm ölkəmizin inkişafı, həm də beynəlxaq tərəfdaşlarımızın artırılması baxımından əhəmiyyətlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran və Türkiyə prezidentləri arasında telefon danışığı olub
22:47 22.06.2026
Region
“Bölgələrdə gender problemlərinin təhlili” layihəsi davam edir
22:25 22.06.2026
Ölkə
Türkiyədən Qara dənizdə vurulan gəmi ilə bağlı bəyanat
22:04 22.06.2026
Gündəm
Ceyhun Bayramov türkmənistanlı həmkarı ilə görüşüb
21:29 22.06.2026
Siyasət
Böyük Britaniyada siyasi ZƏLZƏLƏ: 10 ildə 6 baş nazir getdi
21:01 22.06.2026
Gündəm
Putin və Lukaşenko Zelenskinin təhdidlərini müzakirə edəcəklər
20:30 22.06.2026
Region
İranın danışıqlar heyəti Omana səfər edib
20:23 22.06.2026
Cənubi Qafqaz
Pezeşkiandan İran millisinin bərabərliyinə reaksiya
20:15 22.06.2026
Gündəm
ABŞ dövlət katibi Körfəz ölkələrinə səfər edəcək
20:08 22.06.2026
Dünya
Paşinyan Azərbaycanla sərhəddə qışqırıb bu sözləri dedi
20:00 22.06.2026
Cənubi Qafqaz
Ağdamda qazıntı zamanı skelet qalıqları aşkar edilib
19:53 22.06.2026
Hadisə
Qazaxıstan Prezidenti Brüsselə rəsmi səfərə gedib
19:36 22.06.2026
Dünya
Almaniya pensiya yaşını artırmağı planlaşdırır
18:35 22.06.2026
Dünya