
Aydın Sezer: Suriyadakı proseslər ABŞ və İsrailin nəzarətində inkişaf edir
12:56 23.06.2025
Dünya
426
“Suriyanın yenidən qeyri-sabitliyə sürüklənməsinə icazə verməyəcəyik”. Bunu Türkiyə Prezidenti Rəcəb tayyib Ərdoğan deyib. Türkiyə prezidenti bəyan edib ki, qonşu və qardaş Suriyanın proksi terror təşkilatları tərəfindən yenidən xaos və qeyri-sabitliyə sürüklənməsinə izn verməyəcəyik. Suriya xalqının və hökumətinin yanındayıq. Terrorla mübarizədə onlara dəstək verəcəyik.
Qeyd edək ki, bazar günü Suriyanın paytaxtı Dəməşqdə kilsələrin birinə terror hücumu baş verib. Hadisə nəticəsində 20-dən çox insan həyatını itirib, onlarla xəsarət alan var.
Türkiyəli siyasətçi və yazar Aydın Sezer Sherg.az-a bildirib ki, bu açıqlama dünən Dəməşqdəki kilsəyə yönəlik hücumdan sonra verilib:

“Bildiyiniz kimi, Suriya Daxili İşlər naziri həmin hücumun İŞİD (yəni DAEŞ) tərəfindən həyata keçirildiyini iddia etdi. Hücumun təşkilatçıları arasındakı danışıq səviyyələrinə baxıldığında düzgün ərəb dilində danışa bilmədikləri müşahidə olunub. Buna görə də onların Suriyada yerləşən xarici cihadçılar olduğu qeyd olunur. İndi isə cənab Ərdoğanın bu ifadəsinin açıq şəkildə ciddi məna daşımadığını düşünürəm. Çünki hazırda Suriyanın İdlib bölgəsini nəzarətdə saxlayan Məhəmməd əl-Cölanı ABŞ-nin tam nəzarəti altındadır. Dolayısı ilə ABŞ həm Cölaninin təhlükəsizliyini təmin etmək, həm də Suriyada baş verə biləcək hadisələrin qarşısını almaq üçün aktiv şəkildə çalışır. Onsuz da ABŞ-nin Ankaradakı səfiri Thomas J. Barrack da bu barədə açıq bəyanatlar verib. Suriyadakı hazırkı rejimə gəldikdə isə, Əsəd rejimi devrildikdən sonra, Türkiyənin də dəstəyi ilə formalaşan bu rejim əslində keçmiş İŞİD bağlantılı şəxslərin qurduğu bir strukturdur. Bu səbəbdən də azlıqlar, ələvilər, xristianlar, kürdlər və digər etnik qruplar bu rejimin hədəfindədir. Çünki bu rejim siyasi hakimiyyəti bərabər paylaşmaq istəmir. Digər tərəfdən isə başda İran olmaqla, Suriyada Əsəd rejimini dəstəkləyən qüvvələr bu yeni rejimi hədəfə alır. Bu kontekstdə İranın Suriyadakı ABŞ bazasını bombalaması da diqqət çəkir. Dolayısı ilə, Ərdoğanın “bunlara icazə verməyəcəyik” deməsi bir mənada Cölaninin himayədarı olduğunu açıq şəkildə göstərir. Amma bu açıqlama Türkiyə ictimaiyyəti tərəfindən geniş şəkildə qəbul edilmir. Çünki Cölani keçmişdə İŞİD ilə əlaqəli bir fiqur olub və Suriyadakı yeni rejimin avtoritar xarakter daşıdığı və daşıyacağı ilə bağlı şübhə yoxdur. Bu açıqlama daha çox siyasi bir mesajdır. Suriyadakı proseslər isə, başda ABŞ olmaqla, İsrailin nəzarətində inkişaf edir”.
Qalereya
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual
Tacir Şahmalıoğlu tanınmaz halda - Foto
11:55 17.09.2026
Şou
Rusiyada ayı giləmeyvə yığan iki kişini parçalayıb
11:37 17.09.2026
Hadisə
Putinlə Zelenski bir-birinə nifrət edir - Tramp
11:09 17.09.2026
Dünya
Bu il neçə üçəm doğulub?
10:57 17.09.2026
Cəmiyyət
26 yaşlı gənc bu universitetdə dekan müavini təyin olundu
10:43 17.09.2026
Elm və Təhsil
Azərbaycan əhalisinin sayı açıqlandı
10:30 17.09.2026
Cəmiyyət
Bəzi yerlərdə yağış yağıb, duman olub - HAVA DURUMU
10:22 17.09.2026
Ekologiya
Universitetdən qovulan tələbədən son paylaşım
10:12 17.09.2026
Cəmiyyət