10 tonluq gülləkeçirməz “Canavar”: Co Bayden bu avtomobildə gəzəcək
14:10 13.06.2021
Dünya
1192
BBC ABŞ prezidenti Co Baydenin sabah Belçikanın paytaxtı Brüsseldə keçiriləcək NATO liderlər zirvəsinə 10 ton ağırlığında polad, aliminium, titan və keramikadan istehsal edilmiş gülləkeçirməz, zirehli “Cadillac One”də - başqa adıyla 'Canavar-The Beast'-da təşrif buyuracağını dünyaya duyurub.
“Sherg.az” BBC Türkcəyə istinadən bildirir ki, bu avtomobil xüsusi olaraq istehsal edilib. Dəyəri 13 milyon dollardır. İçində “yox”, yoxdur. Avtomobilin qapıları 20 santimetr qalınlığında zirehlə örtülüdür. Yalnız sürücü qismindəki pəncərə açılır. Brüsseldə NATO zirvəsi səbəbiylə ən yüksək səviyyədə təhlükəsizlik tədbirləri görülüb.
Zirvə toplantısının keçirləcəyi mərkəzə yaxın küçələr, səkilər hərəkətə bağlanıb, hətta kanalizasiya qapaqları möhürlənib. Bunlar zirvəyə qatılacaq NATO ölkələri rəhbərləri üçün alınan təhülükəsizlik tədbirlərinin yalnız bir hissəsidir. Brüsseldə minlərlə güvənlik əməkdaşı ilə yanaşı ABŞ Kəşfiyyatı və FTB-nin 400 xüsusi təlimli personalı da ABŞ prezidentini qoruyacaq.
Baydenin 2 zirehli avtomobili cümə günü özəl təyyarə reysiylə Brüsselə gətirilib. Bu 2 zirehli avtomobilin dövlət nömrə nişanları eynidir. Məlum məsələdir ki, prezident onlardan birinə minəcək. 2 eyni nömrəli avtomobil təhlükəsizlik məqsədi daşıyır. Prezidentin məhz hansı avtomobildə olması bilinməsin deyə. Yanıldıcı xarakterlə. Baydenin 10 tonluq “Canavar”ı sabotaj və ya yanğın təhlükəsi nəzərə alınaraq dizel yanacağı ilə idarə olunur.
Avtomobildə hər hansı yanğın zamanı avtomatik söndürmə sistemi işə düşür. Avtomobilə hücum və ya basqı olarsa ətrafda duman pərdəsi əmələ gətirir, gecə saatlarında belə ətraf 24 saat fasiləsiz müşahidə edilir. Xüsusi şüşələr sayəsində içəridəki adam bayırdakıları rahatca görür, özü isə görünmür. Prezident avtomobilin “keçilməz” hissəsində əyləşir, bayırdakılarla mikrofon vasitəsilə əlaqə saxlayır. Avtomobildə içərisində silah, qaz bombası, gözyaşardıcı qaz olan çanta var. Prezidentin qan qrupuna uyğun qan ehtiyatı, ilk yardım çantası da saxlanılır. Təkərləri vurulacaq olsa belə, avtomobil ən yüksək sürətlə irəliləməyə davam etmək qabiliyyətinə malikdir. Onun əskik cəhəti bir qədər kobud görünüşü və ağırlığıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu tarixdə doğulan kişilərdən qaçmalısınız - Məyusluq mənbəyi
05:00 05.05.2026
Maraqlı
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm