ABŞ-a getmək istəyirdilər – 450-dən çox qaçqın saxlanıldı 

Meksikanın qərbindəki Verakruz əyalətində bir ev və  oteldə keçirilən əməliyyat zamanı 450-dən çox Mərkəzi amerikalı qaçqın yaxalanıb. Sherg.Az  xarici mediaya istinadən bildirir ki, onlar Meksikadan ABŞ-a keçmək istəyiblər. 

Beynəlxalq Köçkün İnistitutundan verilən açıqlamaya görə, əyalət və federal polis dəstəsinin birlikdə həyata keçirdiyi əməliyyat zamanı,  çoxu Honduras və Qvatemaladan olan 450-dən çox qaçqın saxlanılıb. ABŞ-a getmək istəyən Mərkəzi Amerika ölkələrinin vətəndaşları müvəqqəti olaraq Verakruzda gizlənibmişlər. 

Saxlanılan qaçqınların sənədləçməsi həyata keçirildikdən sonra onların təhlükəsiz bir yerə yerləşdiriləcəkləri bildirilib. Amma onların ölkələrinə qaytarılıb-qaytarılmayacağı haqqında heç bir məlumat verilməyib. Meksikanın Xarici İşlər Nazirliyi açıqlamasında bildirib ki, ordu və federal polis insan alverçilərinə və qaçqınlara qarşı mübarizəsini davam etdirəcək. 

Anar