Bu raket kosmosdakı hədəfləri vurur: İsrail sınaqdan keçirdi

İsrail və ABŞ hərbçiləri Yerin atmosferindən kənardakı hədəflərin vurulması üçün Alyaskada "Arrov 3" raketdən müdafiə sistemlərini sınaqdan keçirib.

Axar.az xəbər verir ki, bu barədə İsrailin Müdafiə Nazirliyi informasiya yayıb.

İsrail Müdafiə Nazirliyi keçirilən sınağın uğurla başa çatdığını qeyd edib. Sınaqlar İsraildə şərait olmadığı üçün Alyaskada keçirilib.

"Sistem ballistik raketləri atmosferdən kənarda görünməmiş hündürlük və sürətlə məhv etdi. Tətbiq ideal oldu, hər dəfə hədəf tam dəqiqliklə vuruldu", - İsrail baş naziri Binyamin Netanyahu bildirib.