Ermənistan ordusunun giziri özünü asdı

 
Ermənistan ordusunun giziri Mejlumyan Samvel Qarnikoviç özünü asıb.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Məlumata görə, gizirin meyiti Gümrüdəki evin həyətindəki ağacdan asılmış vəziyyətdə tapılıb. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arsrun Ovannisyan sosial şəbəkədəki şəxsi səhifəsində də yazıb. Bildirilir ki, intihar edən 1987-ci il təvəllüdlü gizir hərbi orkestrdə çalışırmış.