İranın Qərbi Azərbaycan vilayətindəki Maku şəhəri yaxınlığında bir qrup terrorçu ilə İslam İnqilabı Keşikçiləri Korpusunun əsgərləri arasında silahlı toqquşma baş verib.
AZƏRTAC xəbər verir ki, toqquşma nəticəsində iki əsgər həlak olub. Buna baxmayaraq, əsgərlər 200-dən artıq silahın qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısını ala biliblər. Hərbi sursat müsadirə edilib.
Maku şəhərinin icra başçısı bildirib ki, sərhədi qanunsuz yolla keçməyə cəhd edən terrorçular daha bir əsgəri ağır yaralayıblar. Hadisə yerinə gələn əlavə qüvvələr silahlıları təqib etməyə başlayıblar. Lakin terrorçular gizlənməyə müvəffəq olublar.