Türkiyə Rusiya qırıcılarına göz dikdi – Danışıqlar başlayıb


  Türkiyə qırıcı təyyarələrin alınması ilə bağlı Rusiya Federasiyası ilə danışıqlara başlayıb. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir bildirib.

"Su-35"lər bizim üçün yalnız müvəqqəti həll yolu ola bilər. Biz hələ ki, Rusiya ilə danışıqların ilkin mərhələsindəyik. Biz bu və digər sahələrdə əməkdaşlığa dair uzunmüddətli danışıqlar aparmalıyıq" - deyə Dəmir bildirib.

Qeyd edək ki, ötən həftə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə birgə “MAKS – 2019” aviasərgisinə qatılıb. Vurğulanır ki, Türkiyə prezidenti Rusiya istehsalı olan "Su-35" və "Su-57" qırıcıları ilə maraqlanıb və prezidentlər bu mövzuya danışıqlar zamanı da toxunublar. Ərdoğan bəyan edib ki, Türkiyə və Rusiya "Su-57"nin tədarükü ilə bağlı danışıqlar aparır.