Roma Papası Fransisk məhbuslar üçün ömürlük həbs cəzasına qarşı çıxıb.
TASS-ın məlumatına görə, bu barədə Roma Katolik Kilsəsinin rəhbəri Penitensiar polisin nümayəndələri ilə görüşdə bildirib.
Onun sözlərinə görə, ömürlük həbs yeni bir başlanğıc üçün ümidin məhdudlaşdırılmasıdır, insanları isə ümid hüququndan məhrum etmək olmaz.
“Hər bir cəmiyyət ümidi dəstəkləməlidir və elə etməlidir ki, cəza ümid və yeni barışıq cəhdi hüquqlarına xələl gətirməsin”, - deyə pontifik qeyd edib.
Keşiş həmçinin əlavə edib ki, dolu həbsxanalar son zamanlar düzəliş yeri deyil, qəzəb mənbəyi olur.