Rusiya ballistik və qanadlı raketlər atdı

Rusiya Prezidenti Vladimir Putinin rəhbərliyi altında keçirilən “İldırım-2019” strateji təlimləri zamanı ballistik və qanadlı raketlər sınaqdan keçirilib.

Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, təlimdə strateji qüvvələr, dəniz və aviasiya gücləri iştirak edib.

Raketlərin buraxılışına Milli Müdafiə İdarəetmə Mərkəzi tərəfindən nəzarət edilib.

Təlimlər zamanı Barens və Oxot dənizindəki sualtı gəmilərdən Kamçatka və Arxangelsk bölgəsindəki təlim meydanlarına ballistik raket atılıb.

Eyni zamanda, Şimal və Xəzər donanmalarına məxsus gəmilər sahil hədəflərinə qanadlı raketlər buraxıblar.

Rusiya Müdafiə Nazirliyi tapşırıqlarının tamamlandığını, bütün raketlərin hədəflərə çatdığını bildirib.