Əsəd ordusu türklərlə savaşa başlayır - Rus general planı açıqladı

"Türkiyə Silahlı Qüvvələrinin hücumlarına məruz qalan Suriyadakı kürdlər hökumət ordusu (Bəşər Əsəd) ilə əməkdaşlıq etməyə başlayıb".

Sherg.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu sözləri "RİA Novosti"-yə açıqlamasında Rusiya Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq baş idarəsinin keçmiş rəisi general-polkovnik Leonid İvaşov deyib.

İvaşovun sözlərinə görə, hazırda Raqqaya Əsəd ordusu ilə yanaşı, kürd silahlı birləşmələri də nəzarət edir:

"Kürdlər Suriya hökumət qüvvələri ilə ciddi əməkdaşlığa başlayıb və əslində, kürd birləşmələri Suriya Silahlı Qüvvələrini kürdlərinin yaşadığı bölgəyə və nəzarət etdikləri zonaya dəvət edib".

O, kürdlərin və hökumət qoşunlarının növbəti addımda türk ordusunun qarşısını kəsmək üçün birgə hücuma keçəcəyini iddia edib.