Rusiya və Çin arasında təhlükəsizlik sferasında yüksək qarşılıqlı etibar səviyyəsi mövcuddur.
Axar.az xəbər verir ki, bunu Pekin Syanşan Forumunda çıxışı zamanı Çin Müdafiə naziri Vey Fenxe deyib. Onun sözlərinə görə, Moskva və Pekin arasında yüksək səviyyəli praktik əməkdaşlıq və strateji koordinasiya var.
Qeyd edək ki, Pekin Syanşan Forumu Çində keçirilir. Forumda bir sıra yüksək vəzifəli xarici qonaqlar, o cümlədən Rusiya Müdafiə naziri Sergey Şoyqu da iştirak edir.