Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Tacikistanda “Dağılmaz qardaşlıq 2019” hərbi təlimi start götürüb.
Axar.az xəbər verir ki, təlim Əfqanıstan sərhədinə yaxın yerləşən “Hərb Meydanı” poliqonunda keçirilib.
Baş tutan hərbi təlimə 3500 hərbçi, 600 hərbi texnika qatılıb.
Təlimə Rusiya Mərkəzi Hərbi Dairəsinin general-polkovniki Aleksandr Lapinin rəhbərlik etdiyi vurğulanıb.