ABŞ əsgərlərini daşladılar!


ABŞ əsgərləri Suriyanın şimalından çəkilərkən, dünya Kamışlıdan gələn iki görüntüdən danışır.

 Sherg.az  türk mediasına istinadən xəbər verir ki, terror təşkilatı YPG tərəfdarları Kamışlıdan ayrılan ABŞ zirehli texnikasının qabağına keçib,
dayandırmaq istəyir. Əllərində pankartlar daşıyan nümayişçilər Amerika qoşunlarının Kamışlını tərk etməməsini tələb edir. Gündüz qeydə alınan başqa bir  görüntü isə inanılmaz səhnələri dünyaya göstərdi. Kamışlını tərk edən Amerika əsgərlərinin YPG tərəfdarları tərəfindən daşlandığı görünür. ABŞ bayrağı dalğalanan zirehli texnikaya daşlarla bərabər çürük meyvələr də atılıb. Amerikanın ABC televiziyasının müxbiri Adam Harvey görüntünü "nə məsxərəlik!"' cümləsiylə yekunlaşdırıb. Digər yandan Türkiyə və ABŞ-ın razılaşmasından sonra Şimali Suriyadakı ABŞ əsgərləri çəkilir. "Reuters" xəbər agentliyi, terror təşkilatı YPG-in nəzarətində olan bölgədən İraqa daxil olan ABŞ əsgərlərinin şəkillərini yayıb. Bir "Reuters" jurnalisti  100-dən çox zirehli texnikanın sərhədi keçib İraq torpaqlarına girdiyini bildirir.



ABŞ müdafiə naziri Mark Esper, şənbə günü təxminən 1000 Amerikalı əsgərin Suriyanı tərk edəcəyini söyləmişdi. Esperin verdiyi məlumata görə, hərbi qüvvələr İraq-Suriya sərhədində qərarlaşacaq. Səbəb isə, terror təşkilatı olan DEAŞ-ə qarşı savaşı davam etdirməkdir.

Turan