Ərdoğan: "Türkiyənin heç kimin torpağında gözü yoxdur"

“Biz ayrı-seçkilik etmədən zalıma zalım, terrorçuya terrorçu, haqsızlığa haqsızlıq, zülmə zülm deməyə davam edəcəyik”.

APA -nın yerli bürosunun xəbərinə görə, bunu “TRT World Forum”unda çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, Türkiyənin heç kimin torpağında gözü yoxdur.

“Qərb terrorçuların yanında yer aldı. Bəs siz terrorizmə, terrora qarşı idiniz?”, - deyə Türkiyə Prezidenti vurğulayıb.
Sabah Rusiyaya səfər edəcəyini xatırladan Ərdoğan qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinlə Suriya məsələsini müzakirə edəcəklər.