Tayland kralı Maha Vajiralonqkorn "rəsmi məşuqəsi" Sineenat Vonqvajirapakdi tərəfindən aldadılıb.
Axşam.az xəbər verir ki, 34 yaşlı qadının xəyanəti ilə bağlı rəsmi açıqlama yayılıb. Bununla da, Sineenatın bütün ünvanları geri alınıb. Eyni zamanda, orduda xidmət edən məşuqənin rütbələri də əlindən alınıb.
Qeyd edək ki, M.Vajiralonqkorn bir neçə ay öncə təmtəraqlı mərasimlə S.Vonqvajirapakdini baş məşuqəsi elan etmişdi. Kralın 67-ci doğum gününə təsadüf edən tədbirdə onun xanımı Sutida Vajiralonqkorn da iştirak edirdi.