Çexiyanın cənub-şərqində, Vışkov şəhərindəki Brjezina poliqonunda hərbi təlim zamanı qumbaranın partlaması nəticəsində 3 hərbi qulluqçu yaralanıb.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında hərbi qüvvələrin baş qərargahının nümayəndəsi Tomaş Maruşçak bildirib.
“Üç hərbçi müxtəlif dərəcəli xəsarətlər alıb, onlardan birinin vəziyyəti daha ağır qiymətləndirilir. Yaralılar helikopterlə poliqondan Brno şəhərindəki hospitala çatdırılıb”, - Maruşçak belə deyib.
İnsidentin araşdırılması Çexiya Hərbi Qüvvələrinin xüsusi təyinatlı hərbi polisinə həvalə olunub.