Heç bir NATO üzvü ölkə Türkiyə qədər terror hücumuna məruz qalmayıb.
Axar.az xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq danışıb.
Stoltenberqin sözlərinə görə, Suriya böhranında bölgədəki şiddət azalmağa başlayıb və bu da siyasi bir həll üçün zəmin yaradır.
“Burada Türkiyənin önəmli bir müttəfiq olmasını qəbul etməliyik. İŞİD-ə qarşı mübarizədə və qondarma xilafətin fiziki cəhətdən dağılmasında Türkiyəyə rol oynadı. Heç bir müttəfiqimizə Türkiyə qədər qaçqın sığınmadı. Türkiyə 3.6 milyon suriyalını qəbul etdi və heç bir NATO üzvü Türkiyə qədər terror hücumuna məruz qalmadı”, - Stoltenberq bildirib.