Suriya rus şirkətlərini neft yataqlarına buraxdı

Suriya parlamenti Rusiyanın iki şirkətinə ölkənin neft-qaz yataqlarında geoloji kəşfiyyat işləri aparmağa izn verən qanun layihəsini dəstəkləyib.

Axar.az xəbər verir ki, RİA razılığın “Merkuri” və “Vilada” şirkətlərinə verildiyini qeyd edib.

Bu şirkətlərin kəşfiyyat aparacağı yataqlarda qaz həcminin 750 milyard kub metr təşkil etdiyi bildirilib.